Məni gözəl xatırla!

Məni gözəl xatırla!
Sevgi Dünyası
10.09.2017 24
 
Məni gözəl xatırla Bunlar son misralar Fərz et ki, bir külək idim, əsib keçdim həyatından Ya da bir yağmur, sel oldum çöllərdə Sonra torpaq çəkdi suyu canına Yox olub getdim, bəlkə röya idim səninçün Oyandın və mən bitdim Məni gözəl xatırla! Çünki sevdim sənin mən, hər şeyini Sənə sirdaş oldum, dost oldum Qoynunda ağladım Üzünə vurmadım heç bir nöqsanını Məni üzdün qınamadım Alışmışdım vəfasızlığa, əl oldun aldırmadım Məni gözəl xatırla! Səhifələrcə məktub buraxdım sənə Şerlər yazdım hər gecə çoxunu oxutmadım Saxladım günahını, savabını içimdə, səssizcə getdim Səndən əvvəlkilər kimi səndə başa düşmədin Məni gözəl xatırla! Sənə unudulmaz gecələr buraxdım Sənə ən yorğun sabahlar Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım Söylənməmiş Salamlar buraxdım hər küncə Vidalar buraxdım dayanacaqlara Nə axtararsan bir sevdanın içində Artıqlamasıyla buraxdım arxamda Məni gözəl xatırla! Dizlərində yuxuya getdiyimi düşün Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün Sevincli olduğun anları gətir gözünün önünə Alnından öptüyüm dəqiqələri Bir azdan qapını döyəcəyimi düşün Təəccübləndirməyi sevirəm bilirsən Buda sənə son surprizim olsun İndi seninlə yaşanan günləri atəşə verirəm Məni gözəl xatırla! Gedirem. Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!