Xəyanət kimi acı bir şey varmı?

Xəyanət kimi acı bir şey varmı?
Sevgi Dünyası
10.09.2017 24
 
 Xəyanət kimi acı bir şey varmı?

Həmişə eynidir amma fərqli kimi gəlir. Hər səfərində o dad daxilində bir yerdə fərqli bir nöqtədə hiss edilər. Ehh xəyanət.

Bəzən ən yaxın yoldaşım dediyin adamdan,bəzən də səndən başqası həyatıma bir daha girməsin dediyin adam tərəfindən gəlir.

Əslində daha bir çox adamdan gəlir amma ən çox təsir edənlər bunlar olar.

Nəyə görə xəyanətə uğrayırıq ki?

Təbii ki əskikliklərə görə. Xəyanətin bu qədər ağrıtmasının səbəbi əkshiklilkərimizin nədə olduğunu dərk etməməyimizdən

və üzümüzə vurulmasından başqa nədir ki? Yaxşı bir sevgili deyilik buna görə, yaxşı bir yoldaş deyilik buna görə, yaxşı nələrsə deyilik ona görə.

Xəyanət acı bir şeydir. Amma hər səfərində yeni bir şeylər öyrədər yeni bir şeylər qatar həyatımıza lakin bu tərəfi yaxşıdır.

Bizə yeni qorxular qatar. Bir müddət istirahət edərik xəyanətdən sonra tək başımıza qalarıq. Bu müddət içində düşünürük düşünürük düşünürük.

Səbəb nədi deyə? Amma əslində o səbəbi bilirik. O səbəbin öhdəsindən gəldikdən sonra qorxarıq təkrar olacaqmı deyə

görəsən bu səfər nə olacaq nə çıxacaq təkrar üzləşmək istəmirəm özümlə deyə düşünürük. Ya da heç olmasa düşünərəm.

Amma bir də işin bu qisimi var: dünyada 6-7 milyard insan var və yaşadığımız yerə görə bu ədəd 2.5 milyon ilə 25 milyon arasında dəyişir.

Hamısı ilə razılaşa bilmərik. İnsanların razılaşa bildikləri insanlar var.

Onsuz da insanlar özlərinə bənzəyən insanlarla birlikdə olarlar.

Eyni işi, eyni həyatı , eyni düşüncəni və bunun kimi şeyləri paylaşan bənzər insanlarla olarlar. Digər insanlar yalnız ədəddən ibarətdir.

Ya da yalnız üzlərdən və adlardan. Yəni demək istədiyim hər insan ilə aydın olmaz və əgər xəyanətə uğrayırsansa

deməli o sənin səviyyənə uyğun biri deyil ki səninlə ola bilməmişdir. Yəni səni seçməyib başqasını seçən insanları sən itirməzsən. Onlar səni itirər.

Daha o qədər insan var sənin üçün yalnız onu uzun zamandır vaxt keçirdiyin tanışın bilib əslində tanımadığın biri fərz et

və səni itirən biri üçün də kədərlənməyə hirslənməyə dəyməz. Çünki milyardlarla insan var dünyada..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!