Bir sən var içimdə

Bir sən var içimdə
Sevgi Dünyası
10.09.2017 3
Bir "sən" var məndə və yalnız səndən ötəri

Əslində bir çox eşq yaşadım mən amma sən olan eşqlərimin ən böyüyü

Bir "sən" var içimdə

Məni məndən oğurlayan bir "mən" var sənin içində səni səndən alan və mənə qatan.

Lakin çox təəssüf ki həmişə yoxluğunla varsan məndə

Varlığınla heç olmadın yəni toxuna bilmədim sənə yenə bacara bilmədim

Səni düşünərkən çarəsizcə ağladım mənim səninlə birlikdə keçən heç bir günüm olmadı

Lakin bütün yoxluğuna baxmayaraq içimdə səninlə sənsiz keçirdiyim heç bir günü unuda bilmədim...

 

Bir tək çarəm qaldı

Səni eləcə buraxıb getməliyəm

Səni öz içimdə öldürməliyəm

Bəli

Bir "sən" var məndə və yalnız səndən ötəri

Nə toxuna bilirəm

Nə buraxa bilirəm

Nə də öldürə bilirəm

Nə olar soruşma artıq heçnə!!



Mən özümü başa düşə bilmirəm ki

Bir də sənə izah edə bilim

Bir tək şey hiss edirəm nə vaxt ki eşq bu dünyada bütün sevən ürəklərdə yox olsa

Onda mən də içimdəki "sən" i unuda bilərəmскачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!