Bir ah desəm

Bir ah desəm
Sevgi Dünyası
10.09.2017 9
Bir ahh desem

Mən bilirəm tənhalıq nədir...

Bu bütün günü işləyən maqnitafon və televizor,saatlarla qoşulu qalan internet xətti.Və vacib deyil ki,mahnılarda nə oxunur,verilişlərdə nədən bəhs edilir,inetdə hansı xəbərlər verlib.

Bu səbəbsiz ağlamaq arzusudur.

Bu sənə qovuşmaq istəyidir:görmədiyim,duymadığım,amma artıq təsəvvür etdiyim sənə.

Bu dərk etməkdir ki dünyada yalnız sən və sənin problemlərin mövcuddur.

Bu tənhalıqdır...



Mən bilirəm aşıq olmaq nədir...

Bu səninlə,təsəvvürümdə yaratdığım səninlə təsdüfi görüşdür.

Bu mobildə sənin nömrən,dəftərçədə sənin adındır.

Bu həmişə,hər an gözəl görünmək arzusudur.

Bu intizardır...



Mən bilirəm sevgi nədir...

Bu maqnitafonla birgə sənin də oxumandır,çantada şəkillərdir.Telefon səsinə hamıdan öncə reaksiya verməkdir.

Sifətində həmişə təbəssüm,gözlərində həmşə işıqdır.Xoşbəxtlikdən ağlamaq istəyidir.

Bu hər axşam yatmazdan öncə,hər səhər duran kimi baxışlarınla oxşadığın çiçəklərdir.

Sanki ürəyində təmiz və böyük nəsə hiss etməkdir.

Bu sevgidir-böyük,işıqlı,qarşılıqlı.



Mən bilirəm ümid nədir...

Bu işləmək arzusudur,çox,çox işləmək arzusu.Xatirələrə zamanın qalmaması üçün.

Bu parça-parça olmuş şəkillərin atılmasıdır.

Bu hər səhər idman,hər axşam yatmazdan öncə kitab oxumaqdır.

Bu ciddi geyim stili və səliqəli saç düzümüdür.

Bu yoxa çıxan keçmiş və gələcək haqqında yuxulardır.

Bu hər şeyin qayıdacağına bir ümiddir.

Yeni görüşlərə ümid...



Mən bilirəm kədər nədir...

Bu dərindən çəkilən ahlardır,səbəbini izah edə bilmədiyin ürək döyüntüləridir.

Bu solmuş çiçəklər,sınmış ümidlərdir.

Bu əvvəlki kimi arzulaya bilməməkdir.

Bu unutaq istədiyin,amma heç cür unuda bilmədiyin xatirələrdir.

Bu səhərin açılmasını böyük həsrətlə gözləməkdir.

Bu ocaq kimi tüstüləyən kədərdir...



Mən bunların hamısını bilirəm,hamısını:

Amma nədənsə hər şeyi yenidən yaşamaq istəyirəm.

Hər şeyi yenidən hiss etmək...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!