Mənim sənsiz romantikam...

Mənim sənsiz romantikam...
Sevgi Dünyası
10.09.2017 26
Və artıq bir ildir ki, sənsizliyimə ağlayıram...

Kim bilir, neçə göz yaşı öldü yanaqlarımda..Neçə xəyal basdırdım yuxularımda..


Soyuqdu, inan ki, sənsiz çooox soyuqdu..Soyuqdu içimə aldığım hər nəfəs də..
Məhbus olub arzular, qəbir adlı soyuq qəfəsdə.. 

Əbəsdi dediklərim, əbəsdi çəkdiklərim...
Görəsən, nə vaxt bu can vaz keçəcək yaşamaqdan və qovuşacaq sənə..?

Bildiyim ən qəmli mahnıları oxuyuram, sənsizliyimə və bu nə hal? deyə gülürlər mənə..
Nə olar gülməyin..Yıxılana gülməzlər..

Hər yuxudan Sən deyərək oyanıram..Dəlimi oluram artıq?


Həmişə yanında olacam deyirdin..Bəs hardasan sevgilim?..
Belə olmamalıydı..Bir ömür davam edəcəkdik..

Ağlar qalan gözlərim, gözlərindəki cənnəti görməyə həsrətdi sevgili..

Yaz gəlmədi sanki, bir qurtum ayrılıq ilişdi, qaldı boğazımda..

Bir gün dözməyəcəm əmin ol..Ruhum üsyan edib, atacaq bu bədəni və nəhayət sənə gələcəm sevgili..
Sarılacam sənə, gözlərindəki parıltını görəcəm, səni necə sevdiyimi deyəcəm..Və bir də heç vaxt ayrılmayacağıq..
Deyəsən yenə xəyallara daldım: Hardadı məndə O xoşbəxtlik, Sən çiynimdə uyuyasan..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!