On iki dəqiqə

On iki dəqiqə
Sevgi Dünyası
10.09.2017 21
Və hər cümlənin sonunda, bir ağrı ilişir gözlərimə.Şütüyüb keçmək istəyirəm buralardan.Məcbur deyiləm, əlimdə qandal ölkəmi tərifləməyə.Cəmiyyətin bir üzvü olmağın nə mənası, onsuzda onlarda eyni məcburiyyətin içində qıvrılırlar.Hər kəs necə olmasının önəmi yox, əgər lənətin içində səndə bağırırsansa.Eyni sabahlarda, ayrı-ayrı gecələri yaşamaq və ulduzların saysız-hesabsız olduğunu bildiyin halda, onları saymağa davam etmək.Bəzən göylərə dua edərsən və orda yaşayan kəssləri düşünərsən.Amma sakitlik bürüyər əhatəni və evə üz tutarsan.Cisminlə yeriyib, ruhunla qaçarsan özündən.Böyüdükcə dinə marağın və hisslərə güvənin azalar.Sufi kimi, günahı və savabı bəlli olmayan kəsslərdən olarsan.Dördüncü idoloji cərəyanın bir parçasına çevrilərsən.Və məqamında əldə etmədiyin xoşbəxtlik, vecsizləşdiyin anda qarşına çıxar.İnsan bilməz, sevinsin, ya kədərə qərq olsun?!

- İllərdi bunun üçünmü səbr etdikmi, bunun üçünmü dualara bağlandıq?

- Naşükür olmağı arzulamamışam, elədə deyiləm.Sadəcə hər şeyin zamanında yetişmədiyi üçün təəssüflənirəm.Həqiqətən keçmişimi və Tanrını çox sevirəm. Bu iki möhtəşəmlik göz oxşayandır, sözsüz.Fərq ondadır ki, yaradan keçmişi bizə bağışlayndır və müqayisə etməkdən belə söz gedə bilməz.Hər kəs bir yazının qurbanı ola bilər, amma mən, hər yazının bir yaradıcısıyam və yaşada bilirəmsə deməli Tanrı buna icazə verib.Mükəmməlik yaradanın məxsus olduğu haldır. Mən və yazılar sadəcə kiçik bir iz, gözlə görsənməyəcək qədər xırda yoxuşuq. Yəni heç kəslərik!

- Ədəbiyyatın parçalanmayan qollarından bir parça olduğum üçün çox xoşbəxtəm. Bəlkədə əsl xoşbəxtlik buna sahib olmamaqdır, çəkdiyin acıları qələmə almaq...Çəkilməz ağrı verdiyi qədər, kiçik bir təbəssümdə bəxş edə bilir. Və ortaq məxrəc, bilinməyən bir heç olur.Postmodernizm nəzəriyyəsi qədər lazmısz, keçmişini itirən bir uşaq qədər qorxaq, və demokratiyası yalnız kanallarda mövcud olan bir dövlətin nümayəndəsi qədər bədbəxt olmaqdan qorxuram, İlahi!

- Mən əslində məcbur deyiləm, düşündüklərimi qələmə almağa.Ümumiyyətlə "məcbur" adlanan sözün mövcudluğu bir önəm daşımır mənim üçün.Sadəcə yazılmalı yazılar var. Bir neçə hissin ərsəyə getirdiyi kiçik bir yazı. Və tamamlanmayan bir mövcudluq.

- Hər gün eyni bir filimin içindəki xoşbəxtlikdən dərs almaq və hər gün ayrı-ayrı filimlərdə tanıdığın aktyorları görərkən, bunun sadəcə bir filim olduğunu anlayaraq, heyifslənmək...



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!