Bir sürü acı

Bir sürü acı
Sevgi Dünyası
10.09.2017 6
Həyatda başlanğıc adlandırdığımız bir ilk mövcuddur.Həmin ilk addım,həmin ilk bahar, həmin ilk toxunuş. Həyata gəldiyini deyil, ona atıldığını anlayarsan sonradan. Hər gün yuxudan oyanıb, sanki bu gün fərqli olacaqmış kimi planlar yaradarsan həyat cədvəlində.Böyüyə-böyüyə ömürdən eyni günəşin yox olduğunu, ayrı-ayrı xatirələrin toz bağladığını və on səkkiz yaşdan sonra uşağlığını itirdiyini anlayarsan... Nə vaxtsa bir gün, balaca, qapalı, his basmış bir otaqda köhnələri düşənərsən.Özün belə bilmədən o xatirədən çıxıb, digər xatirələrə düşərsən. Dilə xoş yatsada, uzaqdan maraqlı görünsədə çox acı verir. Özünüzdə bilirsiz...

- Başa salmaq çox çətindir...

- Necə deyim bilmirəm, elə bil itirdiyin yaxınlarını yuxuda görürsən, həmin uşaqlıq, həmin qapı döyüşü, atan əlində ərzaqla içəri daxil olar, səndə qaçıb qollarına atılmaq istərsən, amma həmin dəqiqə yıxılarsan üzü üstə. Ayağa qalxıb ata deyərsən, bar-bar bağırarsan yenədə duymaz, dönüb gedər. Qaçıb önünü kəsərsən, dayandırmaq istəyərsən, lakin əl vurduqca yox olar, uçub gedər quşlar kimi...

- Bumu başlanğıc, bumu ömür deyə yumurğunu sıxıb divara dəfələrlə endirərsən, gözlərindən yalnızlıq tökülər. İtirmək üçünmü, doğuldum mən?!

- Cavab gəlmir hə?...

- Gözləməyə dəyməz. Elə bilirsən bu möcüzəvi yanızlığı, bu bərbad acıları sənmi yaşayırsan tək?!..

- Ətrafındakı hər kəs yaşayıb, əgər cismən gülən, ruhən qan qusan insan görsən, doyunca gül, anlayacaq nə demək istədiyini. Amma gözlərinə baxma heç kimin, incitmə heç kəsi. İndi biraz rahatlaş çıx şəhərə, qulaqda qulaqcıq, beyində xatirələr, üzdə... üzdə isə istədiyin cür saxta ciddilik...Özünü xüsusi sayma, onlardan fərqli görsənməyə çalışma, əzilərsən. Onlar səhv deyirlər, səndə səhv söylə, bir gülsələr iki gül, amma kim olduğunu söyləmə əsla. Oğrayarlar, səni səndən apararlar inanki. Boş söhbətdir dərdlərinlə üzləşmək. Get güzgü önündə dur, bax-bax nolsun?!

- Həyatda o qədər axmaqlıq varkən, niyə yaşamaq kimi bir rəzilliyi seçdim deyə düşündüyüdə olur insanın. Amma yaxşı bilirk ki, bu bizim istəyimizlə seçilmiyib. Həyat qədəri bəlli olan bir həddir, hər nə qədər çox yaşarsan, o qədər qusarsan xatirələri...



- Süleyman Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!