Qovuşacaq arzumsan

Qovuşacaq arzumsan
Sevgi Dünyası
10.09.2017 16
Sənə demək istədiyim o qədər sözüm var ki...ehh..

Kaş ki,bir eşitsən,bir baxa bilsən gözlərimin içinə...Bilirəm,sənsiz yaşanan bu eşqin sonu yoxdur.Cunki sən mənim sənə olan bu məsum sevgimdən bixəbərsən ürəyim...

Amma sənin həsrtinlə yaşamaq da gözəldir gözümün işığı...Yetər ki,sən xoşbəxt ol.Sevdiyinlə xoşbəxt ol...Amma izn ver...izn ver ki səni yenə də gizli gizli sevməmə davam edim..Heç olmasa xəyallarımda məni sənsiz qoyma...Yenə sənsizləşmişəm...

Qar yağırmı,yoxsa yağışmı? Bilmirəm...hiss etrmirəm.Mən onsuz da sənin həsrətinlə islağam,daha nə qədər islana bilərəm ki...

Artıq gəlməyəcəyin,mənə dönməyəcəyin yaşamağa hec bir ümüdi qalmayan bir edam məhkumuna cevırıb məni...Aylardır həsrətinə bürünərək yoxluğunu icirəm qədəh- qədəh...

Sevdiyimsən,canımdasan,hər an,hər dəqiqə ,hər saniyə düşüncəmdəsən,goz yaşlarımdasan,dinlədiyim həzinliklərdəsən,sən elə mənim ozümsən...Amma mənim deyilsən bitanəm...

İkimiz də sevirik.Amma tək bir fərqlə...Mən səni...sən başqasını...Amma susuram...hec nə deyə bilmirəm.Çünki sən başqasina aidsən urəyim.Bəlkə də bir an əvvəl ölməkdir ağlımdan keçən,bu gozləmə işkəncəsi bitsin deyə...amma sənin var olduğun bu dünyadan necə ayrılım? necə ?....

Nifrət edirəm sənə...!

Mənə bu geniş dünyanı zindan etdiyin ücün...

Mənə,məni diri-diri öldürən bu əzabları yaşatdığın üçün...

Məni həsrətindən göz yaşlarımda boğdüğün üçün...

Amma qəlbim...o qürursuz qəlbim bu nifrətə inad hələ də həzin-həzin səni sevməsinə davam edir.Sənsiz,sən olmadan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!