Xəyanətin səbəbləri

Xəyanətin səbəbləri
Sevgi Dünyası
10.09.2017 14
Sevgi qarşılıqlı yaşansa da, tərəflər bir-birini nə qədər çox sevsələr də bəzən istədiyimiz kimi sona qədər olmur. Bu o deməkdir ki, ya aldadırıq, ya da aldanırıq. Belə münasibətlərdə ya qadınlar xəyanətə məruz qalır, ya da əksinə. Bəzi insanlarda belə bir fikir var ki, "kişi” xəyanət etsə də olar ,o "kişidir”. Xəyanətdə "qadın” "kişi” fərqi qoymaq düzgün deyil, çünki nəticədə hər ikisi insandır və hər ikisi aldadır. Bəs bunun səbəbi nədir görəsən?

Xəyanət müxtəlif səbəblərdən yaranaır. Qadınlara nisbətən kişilər daha çox xəyanət edirlər. Yəni qadınlar daha çox aldanır.



Qadının səliqəsizliyi kişi xəyanətinin səbəblərindən biri ola bilər.

Elə xanımlarımız var ki, ancaq özləri ilə məşğuldur. Ev işlərinə önəm vermirlər. Evdə heç nə öz qaydasında deyil, ətraf darmadağındır. Kişi işdən gəldikdə isə ürəkaçan mənzərə ilə qarşılaşmır. Və kişi evə gəlmək istəmir. Unutmamalıyıq ki, kişilər səliqəli xanımları sevirlər.



Bəzi xanımlar isə çox yaxşı ev xanımlarıdır.Evləri səliqəli, təmiz, hər şey qaydasındadır. Bununla yanaşı özlərinə fikir vermirlər. Həyat yoldaşı isə belə xanıma ancaq, ev təmizləyən, yemək bişirən biri kimi baxır. Belə hallarda kişinin gözü daim ətrafda olur. Buna görə də gözəlliyimizə fikir vreməli, onu qorumalı və hər zaman baxımlı olmalıyıq.



Elə xanımlar var ki, həmişə nədənsə narazı olurlar. İstədikləri arzuların həyata keçməsinə ,gözəl ailəyə sahib olmaqlarına baxmayaraq, yenə də nədənsə deyinirlər, hər şeydən narazı olurlar. Xanımların belə səbəbsiz yerə deyinmələri kişiləri bezdirir. Kişilər belə halda öz dərdlərini xanımları ilə bölüşə bilmirlər. Nəticədə, kişinin gözü başqasını axtarır və təbii ki, tapır. Buna görə də çox deyinib özünüzü kişilərin gözündən salmayın.



Bütün xanımlar diqqəti və qayğını sevirlər. Həmişə həyat yoldaşınızın diqqətində olmağını istəyirsiniz. Unutmamalısınız ki, qadınların diqqətə, qayğıya ehtiyacı olduğu qədər, kişilərin də buna ehtiyacı var. Qadın həyat yoldaşına qayğı göstərməlidir. Kişinin uğurlarını qiymətləndirməli və onu hər işdə həvəsləndirməlidir. Kişilərə onların kişi olduqlarını hiss etdirmək vacibdir.



Qadın hər zaman gözəl, baxımlı, arzu olunan və həyat yoldaşının istədiyi kimi olmalıdır.



Kişi ya qadın fərqi yoxdur, xəyanət yolverilməzdir. Əgər təmiz, saf sevgi varsa, heç bir tərəf xəyanət haqqında düşünməməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!