Xəyanət edən kişi ilə necə rəftar etməli?

Xəyanət edən kişi ilə necə rəftar etməli?
Sevgi Dünyası
10.09.2017 15
Sevgiliniz ya da həyat yoldaşınız tərəfindən aldadıldığınızı hiss etmisiniz? Bu zaman qətiyyən narahat olmayın. Sevgilinizə olan bütün güvəniniz və inamınız itib? Əgər özünüzü ələ ala bilmirsinzisə, bu xəbər sizə müəyyən mənadə kömək edəcək.



Özünüzə baxın!

Onu başqası ilə gördükdən ya da etiraf etdikdən sonra özünüzü pis hiss etmək çox normal haldır. Çünki sevdiyinizdən əlavə, ona olan inamız da itir və gözünüzdən düşür.  Sevdiyimiz insanların gözdən düşməsi çox təsirli haldır, həm də özünüzə olan güvəniniz də sarsılır. Bu zaman ilk etməli olduğunuz iş özünüzə baxmaqdır. Yaxşı yatın, yaxşı qidalanan. İdman insana gümrahlıq bəxş edir. Sevdiyiniz idmanla məşğul olun.



Kiçik fasilə

Baş verən hadisələrdən sonra düşünmək üçün zamana ehtiyacınız ola bilər. Sevgilinizin etdiyi bu hərəkətdən sonra yaxşı-yaxşı düşünüb nə edəcəyinizə qərar verin.



Depressiya

Aldadılmaq ölümlə mübarizə aparmaq kimi bir şeydir. Xəyanətə uğrayanda bütün fikrimiz, düşüncələrimiz və gələcəklə bağlı planlarımız alt-üst olur. Xəyanətin verdiyi ağrıdan depressiyaya düşmək təbiidir. Lakin müalicəsi olduğunu unutmayın. İçinizdəki kədəri və ağrını büruzə verməyə çəkinməyin. Musiqi dinləyin, film izləyin və ağlayın, amma həyatınızı heç kimə görə məhv etməyin.



İnqitam almağa çalışmayın

Baş verənlərdən sonra çox hisrli olduğunuz üçün fikrinizdən inqtiqam almaq keçə bilər. Amma belə bir iş tutmaq sizin vəziyyətinizi daha da gərginləşdirə bilər. Həm də sizə xəyanət edən birindən ötrü əlləşməyə dəyməz. Həqiqəti qəbul etmək ən yaxşıdır...



Detallara varmayın

Sizi aldatdığını öyrəndikdən sonra ona zəng edib detallara varmaq kədərdən başqa heç nə verməz. Detallara varmayın çünki hadisənin gedişatını öyrənməyə ehtiyac yoxdur. Münasibətlərinizdə bu heç nəyi dəyişdirməyəcək…



Bağışlamazdan əvvəl diqqətli olun

Sevgilinizlə hər şeyin qaydasında olduğuna əmin ola bilərsiniz. Buna görə sizi günahlandıra bilmərik. Lakin bağışlamazdan əvvəl aldatdığı qadınla bütün əlaqələrinin kəsildiyəndən əmin olun. Sizə yenidən güvən vermədən bağışlamağı ağlınızdan da keçirməyin.



Güvəni qazanın

Güvən olmayan yerdə sevgidən söhbət belə gedə bilməz. Ancaq bir dəfə itirilən güvəni geri qazanmaq təəsüflər olsun ki, çox çətindir. Sizin ona yenidən inanmağınız üçün əlindən gələni etməlidir. Bir müddət atdığı hər addımı sizə xəbər verməlidir.



Onu və özünüzü bağışlayın

Onunla münasibətlərinizi davam etdirməyə qərar vermisinizsə, bütün olanlara göz yummalısınız. Hər şeydən əvvəl onu bağışlamalısınız. Buna həqiqətən hazır olduğunuzu düşünün. Ən əsası isə özünüzü bağışlamalısınız. Onu bağışladığınız üçün özünüzü günahkar hesab etməməlisiniz. Sevgi uğrunda bəzi qurbanlar vermək gərəkir. Bəlkə də hər şey daha gözəl olacaq…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!