Ölülər belə ruhları ilə hiss edər, insanlar hissizlikdən şikayətlənərkən

Ölülər belə ruhları ilə hiss edər, insanlar hissizlikdən şikayətlənərkən
Sevgi Dünyası
10.09.2017 7
Uçmağı istəyin,amma qanad yox;

İnsanlar xəyalları,quşlar qanadları ilə uçar,

Qanadlar quşların azadlığı ikən,xəyallar insanların zindanı olur zamanla.



Salam, Cənab.

Tanış olduğumuza çox təəccübləndim.

Hesab edirəm ki, siz mənim yaşamadığım uşaqlığımdan oğurlandınız.



Keçmişdə qalanını yandırmır insan. Özündən qopmuş olsa da, özünün olan heç bir şeyi yandırmır, yox saya bilmir. Nə qovuşa bilir o tərəfinə, nə də ayrıla bilir o tərəfindən..

Siz heç bu qədər çarəsiz qaldınızmı Cənab ?

Birinin varlığıyla yanıbsansa, yoxluğuyla da sönməyi bilməlisən. Amma mən sönə bilmirəm.. Azalır yanğınım, kül olmağa belə çalışdığım olur, amma sönmür ki, sönmür. İçin için yanıram, Cənab..

İçin için..



Aradan illər belə keçsə hisslər zaman aşımına uğramaz,

Ölülər belə ruhları ilə hiss edər, insanlar hissizlikdən şikayətlənərkən.



Göstərmək dahamı önəmlidir ? Hər gördüyünü göstərə bilərsən ? De mənə, hər gödüyünü göstərə bilərsən ? Yuxularının şəklini çəkə bilərsən ? İşığın kifayət edərmi ?

Görməyi, sadəcə görməyi bacara bilirsən ? Həm nə göstərəcəksən ? Xəbərləşmək üçünmü ? Kimlərlə ?

Özünlə xəbərsiz qaldınmı heç ?

Göstərilə bilməyən şeylər görürəm həmişə.

Gör ! Sadəcə gör ! Nə olar o şəkillərə görmək üçün bax.

Görə bilirsən ?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!