Səni sevirəm dediyim hər qadında sevdiyim sən idin

Səni sevirəm dediyim hər qadında sevdiyim sən idin
Sevgi Dünyası
10.09.2017 8
Qorxmuram artıq solmaqdan.

Solmaqdan və solğunluqdan.



Gün alışmadı mənə.

Geri verdim sözcüklərini çarəsiz.

Çox yalançıyam bu gün,

Onlar da.



Yuxudan oyanmaq istəyib də oyana bilməməyi yaşayıram indi.

Yuxuya vurğun, yuxudan yorğun kimi,

Dəniz qırağı kimi tənha qış olunca,

İnsanlardan bezmiş kimi yaz olunca..

Yalnızlığa aşiq, amma yalnızlıqdan usanmış da eyni zamanda.



Saçlarımıza gül düzən olmadı, çox uzun idi çünki xoşbəxt olmaq üçün,

Kəsildi ən gözəl yerlərində gül ləçəkləri ilə ..

İndi nə güllər var nə gül düzən adamlar.



Hər qadında yalnız səni axtardım.

Kimində saçların vardı, kimində səsin, kimində qəhqəhənin bir parçası.

Bütün yazdıqlarım bir dəvət idi, bir axtarış.

Sənə açılan bir qucaqdı, hər kitabım.

Səni sevirəm dediyim hər qadında sevdiyim sən idin.

Və yox idin ortada.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!