Bilmədən qıydın mənə...

Bilmədən qıydın mənə...
Sevgi Dünyası
10.09.2017 6
Ona şeirlər yazın..

Sevməsəniz belə gülümsəyin.

Gecələr düşünməsəniz belə, gündüzlər halını soruşun.

Bəlkə içində sizin bilmədiyiniz fırtınalarını dindirirsiniz,

Heç sönməyən yanğınlarına su səpirsiniz.

Siz yenədə bir ona baxın, üzünə toxunmasanızda gözlərinə baxın.

Saçlarını sığallamasanızda, qoxusunu hiss edin.

Sevməyin, amma unutmayın da bir yerlərdə onu.



Yenə də qalmış ola bilər kiçicik bir mavilik göy üzündə.

Bir sevgi qırıntısı..

Ovuç içi qədər bir ümid..



Artıq bir şeylərin ucundan tutun..

Ya birinin barmaq uclarından tutun.. Və öpün,

Ya da saç uclarınızı tutun .. Və kəsin.

Bir uçurumun ən son nöqtəsinə gəlin,tam düşərkən bir ağacın budağının ucundan tutun..

Siz siz olun dünyaya güvənib,onun ucundan tutmayın..



Mən güclü qadınam,istəsən daş daşımağa belə hazıram..

Daş daşımağı qıymadın bəlkə amma,mənə qıydın.

Xəyanətin yükü daha ağırdır sən bunu bilmədin..

Bilmədən qıydın mənə..



Siz danışarsınız heçkim dinləməz,

Siz qışqırarsınız heçkim eşidməz,

Siz gedərsiniz heçkim dayandırmaz,

Siz ağlayarsınız heçkim yaşlarınızı silməz..

Siz bir gülməyi istəyin hərkəs cəlladınız kəsilər başınıza,gülməyi çox görərlər..

Çox eşidərlər..

Çox güldüyünüzü sanarlar bir güldüyünüzdə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!