Səsim çıxmır deyə varlığımı göz ardı edə bilməzsiniz

Səsim çıxmır deyə varlığımı göz ardı edə bilməzsiniz
Sevgi Dünyası
10.09.2017 7
Günəş narıncısı saçları,

Səma mavisi gözləri yoxdu onun..

Amma;

Şeir yazdıracaq gözəl baxışları,qış günü baharı yaşadacaq qoxusu var.

Bu onu sevmək üçün bəs deyil mi?

Bir şeirlik belə olsa..



Əslində sənə okeanlarca sözlər hazırlamışdım,

Sonra unutdum.. Demişdim unutqan olduğumu.

Bu səbəbdən bəzən radionu açıq unudub yuxuya gedirəm,bəlkə də yuxuya gedəcəyimi unudaraq həmin vaxt.

Alzheimer tibbdə adı,mən isə sadəcə yalnızlıq deyirəm..



Səsim çıxmır deyə varlığımı göz ardı edə bilməzsiniz.

Səssizliyimlə varam mən..

Bütün gözəlliyi ilə sükutum, burdayam..

Sözlərimi sərf etdiyim o cümlələrimin qatillərinə rəğmən burdayam..



Və siz daha çox susun..

Daha möhkəm susun..

Elə susun ki,səssizliyiniz kar etsin susduranları.



Bu dünyadakı əzablarımızla cəhənnəmi yaşayırıq bizlər. Hər birimizin qaranlıq yönləri vardır. Amma bu dünyada əsl mübarizəni, əzab çəkmiş və bundan sonra aydınlıq tərəfindən qopmamışlar verir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!