Sən heç belə istədin mi xəyallarına məni?

Sən heç belə istədin mi xəyallarına məni?
Sevgi Dünyası
10.09.2017 31
Məni bu şəhərin harasına yerləşdirdin?

Və sonra harasında gözlərimə baxdın?

Unutmuşam.. Üstündən illər keçmiş kimi..

Sənin məni bu şəhərin ən çıxmaz küçəsində unutduğun kimi.



Qürurun səni istəmədiyin yerlərə aparacaq qədər güclüdürsə,ey Qadın..

Şərabın boldu gecələr,boldu gecə dolu qədəhlərin.



Bir ehtiyacın olmaq istədim.

Mənə ehtiyac duy istədim.

Dərdin olmaq istədim.

Dərmanı məndə gör istədim.

Baş ucunda oturub səni izləmək istədim.

Gözlərindən öpmək,saclarına toxunmaq..

Gələcəyində olmasam belə,keçmişində izlərim olsun istədim.

Sən heç belə istədin mi xəyallarına məni?



Artıq mahnı da həsr etmirəm sənə,

Şeir də yazmıram.

Mahnılarım susdu sənə,qələmim qırıldı artıq..



Arxamı dönüb baxdım həyatımda ki doğrulara, Nə doğrularmış bə yalanın kölgəsində böyüyüb bir həyat yolu olmuş..

Kimlərə çuxur qazarkən, kimlərəsə işıq olmuş.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!