Bu qədər çarəsizliyə dözərəmmi bilmirəm...

Bu qədər çarəsizliyə dözərəmmi bilmirəm...
Sevgi Dünyası
10.09.2017 9
Mən heç məcnun olmamışam, heç tökməmişəm göz yaşları sevgi xətrinə. Həmişə özümü, ancaq özümü sevmişəm. Xoşbəxt idim amma, indiyə qədər içim heç bu qədər isti, heç bu qədər hüzur dolu olmamışdı. Ötər keçər əlbət, gələr yeni sənlər, amma mən bu qədər çarəsizliyə dözərəmmi bilmirəm... Ah nə desəm boş , sənə sarılmaq istəyirəm...



Ağrılara tutunmaq daha möhkəm edər, ümüdlərə tutmaq məyus;

Çünki ümüdlər tükənsə də nə vaxtsa, ağrılar tükənməz..

Və hər ağrılar tükəndikcə insan yenilənər.

Yenidən yaşamağı öyrənər..



Ən çox sevdiyin gözlərimi silirəm xatirələrimizdən,

Demirəm birdə sevməyəcəksən, xeyr !

Daha böyük sevib, daha böyük gülücəksən..

Amma daha dərin baxmayacaqsan, baxışlarım qalıb gözlərində çünki..

Daha çox silə bilməyəcəksən, baxışlarım qalıb xatirələrində..



Bir qadın baxır pəncərədən.Kədərli.

Bir adam keçir qarşıdan.Ümidsiz.

Sevgi,bütün orda dayanır.

Adam baxır,

Qadın ağlıyır,

Sevgi keçib gedir.



İçimdə hönkürən balaca bir qızın səsi var,böyüdüm deyə mənə qəzəblənən.



"Hərşey çox gözəl olacaq" nağılı yerinə, "Pis şeylər də olacaq əlbətdə, amma həmişə yanındayam" səmimiyyətini sevirəm..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!