Qəlbi ilə bağlantısını kəsmiş bir insana təcrübəli deyərlər

Qəlbi ilə bağlantısını kəsmiş bir insana təcrübəli deyərlər
Sevgi Dünyası
10.09.2017 10
İlk qar kimi gözləyirəm qoxunu hiss edəcəyim günü.



Çox güldüyüm üçün kimsə bir dərdin varmı deyə soruşmadı.



Sonsuz azadlığımıza verilmiş bir aradır yaşam..

Və Ümid əzabı uzadar həmişə.



Gəldi.

Biraz söhbət etdik onunla,biraz ağrılarımdan danışdım.Biraz təkliyimdən,biraz da içimdəki boşluqdan.Həə bir də heçkimi sevə bilməyişimdən.

Qorxdu,çəkindi içimdəki boşluqdan və getdi.



Vergüllər yorar insanı,nöqtə qoymaq gərək artıq...



İnsanlar yavaş-yavaş inanmamağı,güvənməməyi,sevməməyi və şüphəci olmağı öyrənir.Bu gərçəkləşdiyində isə təəssüflər olsunki,artıq çox gecdir.İnsanların "təcrübə"dediyi şey budur əslində.Qəlbi ilə bağlantısını kəsmiş bir insana "təcrübəli"deyərlər.



Zaman-zaman yenə yuxusuzluq çəkirəm...amma..çox da önəmsəmirəm bu yuxusuzluğu,yatınca keçməyən şeylərin olduğunu biləndən bəri...



Dərdlərimiz keçmir.Sadəcə həmin dərdlərin içində yaşamağı öyrənirik.



Halbuki hərkəs kimi sevməmişdim.Kimsənin sevə bilmədiyi kimi sevmişdim,anlamadı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!