Mən bilirəm

Mən bilirəm
Sevgi Dünyası
10.09.2017 11



Sən yenə bu axşam o bomboş otağında

Onu düşünəcəksən
Onu axtaracaq titrək əllərin
Onu arzulayacaq gözlərin
Dəli yağışlar kimi düşəcək həsrətin ovuclarına
Gəlməyəcəyini bilə-bilə
Bilirəm
Sən yenə bu axşam o bomboş otağında
Onu gözləyəcəksən
Dodaqlarında unuda bilmədiyin o ad
Yanında cıra bilmədiyin o şəkil
Və ən paslı bıçaqlar kimi ümidlər ürəyində
Dönməyəcəyini bilə-bilə
Bilirəm
Sən yenə bu axşam o bomboş otağında
Onu axtaracaqsan
Həsrəti şam kimi əridəcək səni
Çarpacaq ürəyində nəhəng boyu bir təklik
Və bir batmış gəminin kapitanı kimi baxışların üfüqdə
Görməyəcəyini bilə-bilə
Bilirəm
Sən yenə bu axşam o bomboş otağında
Onu xatırlayacaqsan
Dilində hüznlü bir mahnının son sətiri
Bir gün kimi yaşayıb bütün illəri
Həsrət keşiyinə tutulub ağlayacaqsan
Çarəsizliyini bilə-bilə
Halbuki mən
Yenə bu axşam subay otağımda
Səni düşünəcəyəm
Səninlə dolduracağım təkliyimi
Siqaret tüstülərində gözlərin yanacaq gözlərimi
Qırıq qədəhlər kimi tökülüb qalacağam pəncərələrdən
O zəhər mahnılara inad
Yenə səni gözləyəcəyəm
Onu sevdiyini bilə-bilə...
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!