Yazmadığım sətirlərin ölmüş qoxusu...

Yazmadığım sətirlərin ölmüş qoxusu...
Sevgi Dünyası
10.09.2017 3
Ayağımın altında çırpındıqca dalğalar

Ötüb keçirdi beynimdən bir-bir ifadə olunmamış duyğular.

Bəlkə,bir gün keçər deyə

Heç yazılmamış olanlar var

Daha neçə hekayə yaşanmalıdır axı

Doğulmayanları basdıra bilmək üçün.

Titrədir toxunduqca vücuduma mavi sular

Bu dünyaya hələ gəlmədən getməklə cəzalananları

Susdura bilmədiyim üçün.

Qarışır sahilə göz yaşlarımda

Yaza bilmədiyim cümlələrin isyanları.

Bəs düşünməsən keçər demişdilər axı,

Hər gələn bir əvvəlki misranı unutdurmalı

Keçmədi və unutdurmadı.

Susur qələm, danışır göz yaşları

Yazmır əllərim duyduqlarını,

Səpələnir vərəglərə yanaqlarımdan süzülənlər

Bəlkə, toxunduqda mürəkkəb olar deyə

Sona yaxınlaşdıqca daha da alovlanan bir şam kimi

Hələ də alışmaqda ümidlər.

Sönmür unudulsa belə yazılmaq arzusu..

Donub qalmış gözlərimin ən parlaq yerində

Üstündən keçərək yazmadığım sətirlərin

Ölmüş qoxusu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!