Ürəyimin səsi deyir ki...

Ürəyimin səsi deyir ki...
Sevgi Dünyası
10.09.2017 9
 Zaman keçdikcə dərk edir, anlayır insan ki, bu həyatda sənə dayaq olacaq həqiqətən kimsən yoxdur. Bu gün ətrafında tanıdığın yüzlərcə bəlkə də minlərcə insan ola bilər, lakin hərəsi bir səbəbdən dolayı hərəsi bir məqsədə çatmaq üçün sənin yanındadır. Elə ki, istəyinə nail oldu gözdən itir. Pis günündə o yüzlərcə insandan bir nəfəri güclə taparsan yanında.

30 fəsil yaşadım mən, tam tamına 30 fəsil. Az deyil ki, çoxdur. Bu 30 ildə bir şey anladım. Kimsə sənin ürəyinə baxmır, hamı sənin üzünə, gözünə, palına-paltarına baxır. Əgər üstün başın təmizdirsə, cibində o əl kiri olan zəhrimar kağız parçası varsa sənin ətrafında dostun çoxdur, çoxu səni bəyənəcək, sevəcək. Elə ki, sənin üstün başın kir içində oldu, amma ürəyin tərtəmiz, bir məna kəsb etməyəcək bu. Dediyim kimi hər kəs xaricə baxır daxilə önəm verən demək olar ki, yoxdur. Belə insanları milyonda bir ya taparsan ya da tapmazsan.

Kim olursan ol, hansı vəzifənin sahibi olursansa ol, fərq etmir, əgər insan olmağı bacarmırsansa deməli tutduğun vəzifənin bir mənası olmayacaq. Bir söz var, deyirlər ki, "səmada quşlar kimi süzməyi bacarırıq, balıqları kimi üzə bilirik məhz bu gün, amma bircə torpağın üstündə , öz məskənimizdə insan olmağı, özümüz olmağı bacarmırıq” . Heç inanmıram nə vaxtsa bunu bacaraq da. Mən indi bunları yazıram , amma özüm yazdıqlarıma dediklərimə əməl etmirəm heç . Nəbilim bəlkə də edirəm xəbərim yoxdur. Mən həqiqətən bəzən özüm-özümü anlamıram, nə danışdığımı bilmirəm. Bunları "Ürəyimin səsi” deyir, mən yox!

Müəllif: Əhəd əhədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!