Darıxırsan sadəcə...

Darıxırsan sadəcə...
Sevgi Dünyası
10.09.2017 20
Bəziləri gedir... Bəziləri öyrəşməyə çalışır... Həyatdır... Çox bir şey qalmır geriyə. Oturub saatlarca ağlamağına səbəb olan şeylər, bir müddət sonra sadəcə gözlərinin dolmasına səbəb ola bilər...



Küçədə yanından keçən birinin ətri... Başqasının səsini ona bənzətmək... Onunla dinlədiyiniz mahnılar. Bərabər getdiyiniz yerlər. Hətta sadəcə adını eşitmək, "Unutdum" deyirsən artıq ətrafındakılara, deyil mi?



Sən kimi aldadırsan? O qədər asandır unutmaq? Hər unutdum cümləsinin altında "Gəl artıq, çox darıxdım" cümləsi vardır,

deyil mi?



Bütün gücünlə qışqırmaq istəyirsən.

Olmur amma... Səsin çıxmır. O başqa qollarda dinclik tapmışkən sən onun sevinciylə kifayətlənməyə çαlışırsan. Əlindən bu gəlir, sadəcə.



Sonra bilmədən bir başqa dünya yaradırsan özünə. Xəyallarını gizlətmək məcburiyyətində qalmadığın... Hər gecə onu düşünərək yuxuya getdiyin, hər sabah onunla oyandığın bir

dünya qurursan özünə. Və onu başqasıyla

gördüyün, eşitdiyin hər saniyə dünyan başına

yıxılır. Əsla bezmirsən, deyil mi? Həmişə

yenidən, yorulmadan təkrar yaradırsan dünyanızı. Və hələ də dönəcəyi günü gözləyirsən, deyil mi?



Eləmə...

Yaralama özünü daha çox. Öz əllərinlə yıx son dəfə o dünyayı. Bu dəfə onun üçün nə qədər darıxdığını deyil də, nə qədər güclü olduğunu qışqır gerçək dünyaya.



Bacarmırsan deyil mi? Sadəcə darıxırsan...

 

Müəllif: Aysel Abdullazadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!