Səssizlik kimiyəm...

Səssizlik kimiyəm...
Sevgi Dünyası
10.09.2017 2
Bu hay-küylü şəhərin küçələrindəki

Səssizlik kimiyəm.

Nə səssizliyim məhv edə bilir bu şəhərin hay-küyünü

Nə bu şəhər mənim səssizliyimi...

Qulağımı batıran,lakin eşitmədiyim səslər

Məgər gecələr daha gözəl olurmuş şəhərlər.

Danışmağa sözləri o qədər çoxdur ki

Şəhərlə səssizliyimizin

Günəş doğana qədər.

Bir qaranlıq qədər hüznlüdür səssizliyim

Mən gecələr bu şəhərin sakiniyəm

Yalançı gülüşlərin, sevgilərin,təriflərin

Bizi narahat edə bilmədiyi zamanlarda.

Və ən çox gecələr hiss edir

Mənim bu qədər sözlər arasında

Necə səssiz gülümsədiyimi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!