Bir qab şorbanın nağılı

Bir qab şorbanın nağılı
Sevgi Dünyası
10.09.2017 27
Bir nəfərdən eşitdiyim söhbəti danışmaq istəyirəm sizlərə: Eyni binada yaşayan qonşulardan birisi nə alır-nə satırsa, qısa müddətdə əməlli-başlı varlanır. Həm də necə varlanırsa, bir anda bütün qonşularla salam-kalamı da kəsir. Bir dəfə Ramazan ayında üzbəüz mənzildə yaşayanlar iftar zamanı bir qab şorbanı böyük oğula verib deyirlər ki, qonşuya pay aparsın. Oğlan da qapını döyür və onlara iftar payı gətirdiyini deyir. Qonşu acıqlı-acıqlı ona baxır və "onun-bunun yeməyinə qalmamışam ki" deyib qapını onun üzünə bağlayır.



Görənlər deyirlər ki, o hadisədən heç 5 il keçməmişdi ki, həmin o qonşunu zibil qutularından çörək yığanda görüblər. Bir dəfə də yemək aparan gənc onunla rastlaşır, ilk baxışdan da bir-birlərini tanıyırlar. Müflis olmuş qonşu gəncə belə deyir: "Sənin gətirdiyin o bir qab yeməyə aylardır elə həsrətəm ki..."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!