Dalğanın hekayəsi

Dalğanın hekayəsi
Sevgi Dünyası
10.09.2017 4
Bu, keçmiş zamanlarda okeanda ləpələnən kiçik bir dalğanın hekayəsidir.



O, külək və təmiz havadan həzz alırdı, ətrafındakı digər dalğalarınsahilə çırpıldığını gördüyü o vaxta qədər. «Allahım, bu dəşhətlidir», -dalğa dedi. «Mənim başıma nə gələcəyinə bir bax!» Sonra birdən, başqa bir dalğa yaranır. O, əhvalı pis görünən birinci dalğaya baxır və deyir: «Nə üçün bu qədər qəmgin görünürsən?»



Birinci dalğa cavab verir: «Sən başa düşmürsən! Bizim hər birimiz yox olacağıq! Səncə, bu qorxunc deyil?»



İkinci dalğa söyləyir: «Yox, sən başa düşmürsən. Sən dalğa deyilsən, sən okeanın bir parçasısan!»



«Bəzən biz yalnız özümüzü düşünməkdən əl çəkib, həyata daha böyük pəncərədən baxmalıyıq.»



Mitch Albomun «Mori ilə çərşənbə axşamları» adlı kitabından.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!