Kimsə keçmişini geri satın ala biləcək qədər zəngin deyil!

Kimsə keçmişini geri satın ala biləcək qədər zəngin deyil!
Sevgi Dünyası
10.09.2017 9
1. Həyatları boyunca yalnız bir dəfə sevən insanlar axmaqdır. Onlara soruşsanız bunu sədaqətləri və doğruluqları ilə izah edirlər. Mənə qalsa, təmbəllikləri və xəyal gücü yoxsunluqlarındandır.



2. İnsanların yüzdə doxsanı yaşamazlar, sadəcə vardırlar.



3. Yalnızca axmaqların ciddiyə alındığı bir dünyada yaşayırıq. O halda "məni anlamırlar" deyə kədərlənmək niyə?



4. Kişi yorulduğunda, qadın isə marağından evlənir. Sonunda hər ikisi də xəyal qırıqlığına uğrayar.



5. Düşən bir uçqunda heç bir qar dənəsi, özünü olanlardan cavabdeh tutmaz.



6. Bir qadın, köhnə ərindən nifrət etdiyi üçün yenidən evlənir; bir kişisə köhnə arvadına tapındığı üçün. Çünki qadınlar şanslarını sınayarlar, kişilər şanslarını təhlükəyə atarlar.



7. Gənclik gözəl şeydir, nə var ki gənclərin əlində heç olur.



8. Moda o qədər çirkin bir şeydir ki, onu altı ayda bir dəyişdirmək məcburiyyətində qalırlar.



9. Düşmənlərinizi hər daim bağışlayın. Heç bir şey canlarını bu qədər sıxa bilməz.



10. Darıxdırıcı adam, sizə yoldaşlıq etmədən təklikdən məhrum buraxan adamdır.



11. Kölgələrdən qorxma. Onlar bir yerlərdə işığın var olduğunun sübutudurlar.



12. Kimsə keçmişini geri satın ala biləcək qədər zəngin deyil!



13. Dünyanın gerçək sirri görünməyənlər deyil, görünəndədir.



14. Dağınıqlıqda yaşanmışlık vardır.



15. Dostun kədərinə acı duyabilirsin. Bu asandır; amma dostun müvəffəqiyyətinə simpatiya duya bilmək sağlambir xarakter tələb edir.



16. Əgər qadın bir kişini, həqiqətən, sevsə, Onun gözündə dünyadakı bütün kişilər; qəti olaraq mənasını itirər.



17. Dünyanın əxlaqsız deyə xarakterizə etdiyi kitablar, dünyaya öz utancını göstərən kitablardır.



Halbuki hər kəs öldürür sevdiyini

Qulaq verin bu dediklərimə,

Kimi bir baxışıyla edər bunu,

Kimi yaltaqca sözlərlə,

Qorxaqlar öpücük ilə öldürür,

Ürəklilər qılınc zərbələriylə

Kimi gənckən öldürür sevdiyini

Kimi yaşlı ikən

Şəhvətli əllərlə boğar kimi

Kimi altından əllərlə

Mərhəmətli adam bıçaq istifadə edər

Çünki bıçaqla ölən tez soyuyar.

Kimi kifayət qədər sevməz

Kimi çox sevər

Kimi satar kimi də satın alır

Kimi gözyaşı tökər öldürərkən,

Kimi tükü tərpənmədən

Çünki hər kəs öldürür sevdiyini

Amma hər kəs öldürdü deyə ölməz ...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!