Amal uğrunda ölmək-əbədi yaşamaqdır

Amal uğrunda ölmək-əbədi yaşamaqdır
Sevgi Dünyası
10.09.2017 17
Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.

Ə. H. Bəhmənyar

***

• Bədii əsərin ömrü onun xalq tərəfindən bəyənilməsindən asılıdır.

S. Vurğun

***

• Kişi bir sənəti bilər xalis• Çoxuna meyl edən qalar naqis

Seyid Əzim

***

• Yaxşı kitab çox qiymətli xəzinədir.

H. Zərdabi

***

• Axmaqlarla oturub-durmaqdansa, kitabla tənha oturmaq yaxşıdır.

Q. Zakir

***

• Bilik öyrənməyi ar bilən hər kəs• Dünyada mərifət qazana bilməz.

Nizami

***

• Bir elm öyrənmək istədikdə sən

• Çalış ki, hər şeyi kamil biləsən• Kamil bir palançı olsa da insan• Yaxşıdır yarımçıq papaqçılıqdan.

Nizami

***

• Dünyada nə qədər kitab var belə• Çalışıb əlləşib gətirdim ələ• Oxudum, oxudum, sonra da vardım• Hər gizli xəznədən bir dürr çıxardım.

Nizami

***

• Elmi bələkdən qəbrədək öyrənmək lazımdır.

Sədi

***

• Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.

Sədi

***

• Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.

Ömər Xəyyam

***

• Yarat bir əsər ki, adın ucalsın• Sən ölüb gedərkən yerində qalsın

Ə. Cami

***

• Lazım olan bir sənəti axtar sən• Veyil-veyil dolanmaq çox yamandır.• Lazım olan bir sənəti tapdınmı• Möhkəm yapış, əldən vermə, amandır.

Ə. Cami

***

• Hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır.

A. Şaiq

***

• Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar.

M.Ş.Vazeh

***

• İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır.

M. S. Ordubadi

***

• Sözün də su kimi lətafəti var• Hər sözü az desən daha xoş olar• Bir inci saflığı varsa da suda• Artıq içiləndə dərd verir su da.

Nizami

***



• Ədəb sayılsa da məclisdə susmaq• Məsləhət zamanı danışmaq gərək• İki şey ağıla nöqsan sayılır•Yersiz susmaq ilə yersiz söz demək

Sədi

***

• Gil qabın möhkəmliyini səsi ilə yoxlayan kimi, insanı da ağzından çıxan söz ilə yoxlayırlar.

Əbül Fərəc

***

• Elə cinayət var ki, bağışlanmır, bu vətənə xəyanətdir.

Ə. H. Bəhmənyar

***

• Vətənin sevməyən insan olmaz• Olsa, o şəxsdə vicdan olmaz.

A. Səhhət

Demədiyimi hər vaxt deyə bilərəm, lakin dediyimi dana bilmərəm.

Ə. Cami

***

• Milli qüsurlara görə millətə nifrət edən alçaqdır.

Y. V. Çəmənzəminli

***

• Amal uğrunda ölmək-əbədi yaşamaqdır.

Ş. M. Xiyabani

***

• Bir mərd ilə ağı yesən şirindir• Yüz namərdlə şəkər yesən dad olmaz.

Aşıq Ələsgər

***

• Döyüş meydanında can versə insan• Xoşdur, namərdliklə qoyub qaçmaqdan.

Sədi

***

• Ölümdən qorxmayan millətə ölüm yoxdur.

Ş.M.Xiyabani

***

• Vəfasız dost kölgə kimidir. İşıqlı gündə səni izləyər, buludlu gündə gözdən itər.

M. Beyləqani

***

• Çox gözəl olsa da eybi gizlətmək• Dost dostun eybini örtməsin gərək.

Nizami

Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz.

M. F. Axundov

***

• Kim ana qəlbinin telini qırar• Tanrının qəzəbi belini qırar.• Sənin arsızlığın-xəyanət ona Vüqarın, təmkinin dəyanət ona.

M. Bahar

***

• Adın şərəflidir sənin ey qadın• Dahilər anası çağrılır adın.

S. Vurğun

***

• Qadına əsas şey həya, ismətdir• Bunlar qadın üçün böyük sərvətdir.

M. Əvhədi

***

Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan: ən qiymətli daşı salıb itirə bilərsən, ən sadə biliyi isə səndən heç kəs ala bilməz.

Əbül Fərəc

**

• Fərsiz övlad əldə altıncı barmaq kimidir. Kəsərsən ağrıyar, saxlarsan eybəcər göstərər.

Növzər

***

• Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır.

M. S. Ordubadi

***

• Həyat yoldaşı seçməkdə yanılmaq, bütün həyatı uduzmaq deməkdir.

M. S. Ordubadi

***

• Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur.

M. Ə. Sabir

***

• Xoşbəxt o adamdır ki, özgənin günahlarını saymağa vaxt itirməyib, öz şəxsi qüsurlarını düzəltməklə məşğuldur.

Əbül Fərəc

***

• Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər.

Ü. Hacıbəyov

***

İki adam öldü və dünyadan həsrət getdi: biri yığdı yemədi, digəri bildi eləmədi.

Sədi

• Kəmərə qızıl taxıb qul kimi durmaqdansa, yavan çörək yeyib öz evində ağa kimi oturmaq yaxşıdır.

Sədi

***

• İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır.

M. T. Sidqi

***

• Ömür səhifəsinə gözəl əməllərdən başqa heç nə yazmayın.

Ə. Camiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!