Yorğun bir gün

Yorğun bir gün
Sevgi Dünyası
10.09.2017 7
Yorğun bir günün ardından atıram çantamı bir küncə və birbaşa keçirəm mətbəxə. Bir çay süzürəm özümə və stolumu çəkirəm pəncərəyə. Günəş yavaş-yavaş batır. Çayımı hər zaman qaynar içirəm o soyuyana qədər daha çox şey fikirləşə bilim deyə. Nədənsə çayları yalnız içməyi sevirəm. Bir də qarşıda bir ev. Çay içə-içə divarlarına baxmağa alışdığım. Bir səhnə kimi gördüklərimi divarlarında canlandırdığım. Bir pəncərə,bir qapı və qupquru divar. Hər şey kimi bunları da drammatikləşdirirəm gözümdə.Pərdə qalxır,işıqlar yanır. Çayım yavaş-yavaş azalır. Müşahidələr bitib, düşüncələr davam edir. Keçən bir günün ardından mövzu axtarışındayam.Günün bomboş keçməsi imkansız. İnsanları düşünürəm,məsələn yanımdan ötüb keçən kiçik bir dilənçi qız. Görəsən özünə çörək ala bildimi və ya hələ də axşamın soyuğunda küçədə dilənməyə davam edir? Bu körpələrin gələcəyi məni narahat edir. 3 gün əvvəl avtobusda gördüyüm xəstə qızı çıxarda bilmirəm yadımdan. Kim bilir anası nə əzablar çəkir. Düşüncələr davam edir. Bir qış günü dərisi günəş şüasından yanmış,əlləri qabarlı insanların həyatlarını canladırıram gözümdə. Buna davam etmək çətin gəlir. Övladına bir cüt ayaqqabı almaq üçün ay sonunu gözləyən atalar. Dəyiş səhnəni. Alnında illərin qat kəsmiş qırışları ağappaq saçlarını örpəkdə gizlədən qoca bir qadın. Gözləri necə hüzünlü baxır. Qadından şəhid anasının ətri gəlir.Kədərli səhnələrin içində sevincləri tapmağa çətinlik çəkirəm. Səhnələri dəyişirəm,dəyişirəm, xoş bir gülümsəmə olmalı idi buralarda.Aha tapdım. Günboyu üzümü güldürən tək müşahidəm-bir körpə gülümsəməsi. Onun bu dünyadan xəbərsizliyi unutdurur mənə bir anlıq hər şeyi. İrəlidə gedən bir cütlük görürəm. Üzlərində bir səadət işarəsi. Eyni küçələrdə fərqli həyatlar. Gülüşlər belə çox ədalətsiz. Hava qaralır, kimsə pərdələri endirir.Sən demə çayım bitibmiş...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!