Bu gün ağladım...

Bu gün ağladım...
Sevgi Dünyası
10.09.2017 5
Bu gün ağladım...



Aylar sonra ilk dəfə ağladım. İlk dəfə bir-iki damla yaş axdı gözümdən. Səbəbini bilmədim. Qəlbimin dərinliyində bir özləm, bir sıxıntı var idi. Aşkar edə bilmədim.



Aylar sonra ilk dəfə ağladım. Sanki nostalji hisslərimə qapıldım. Köhnə günlərçün, köhnə dostlarçun, bəlkə də məktəbli vaxtlarımçun darıxdım. Aşkar edə bilmədim.



Bu gün ağladım mən. Yalan gülüşlərə inad olsun deyə. Saxtakarlara ar olsun deyə ağladım. Unutdum bu günlük özümü. Atdım qüruru.



Qaçdığım reallıqlarla üzləşdim bu gün... və ağladım. Qulaq tıxadıqlarımı bir-bir özümə dedim və qəbul etdim. Doğruları, yanlışları ayırdım. Qəlbimin səsini və ağlımın dediyini eşitdim. Ağlıma qulaq asdım.



Düşünmək istəmədiklərimi bir anlıq düşündüm. Qorxmadım həmişəki kimi düşünməkdən bu gün. Düşündüm və nəticə çıxartdım. Bir il bundan əvvəlki həyatıma, bir də bu keçən bir ilimə baxdım. Fərqləri gördüm.



Həyat sanki eyni gedir. Hər gün dərs-ev, ev-dərs. Bəzən internet, feysbuk, virtual tanışlar və s. və i.a. Düşündüm ki, görəsən, axırıncı dəfə nə vaxt şeir yazmışam? Axırıncı dəfə nə vaxt cızma-qara eləmişəm? Axırıncı dəfə nə vaxt günlüyümü açmışam? Gördüm ki, xatırlamıram.



Deyirlər ki, insanlar böyüdükcə onların gülüşləri azalır, problemləri artır. Elə bil, böyüyürəm. Hər şey mənasızlaşır. Gülüşlər maraqsızlaşır. Rənglər uzaq qaçır, bozluq yaxınlaşır. Bir aqressivləşmə, bir pessimistləşmə hiss edirəm özümdə. Böyümək belə olacaqsa, heç böyümək istəmirəm. Uşaq qalmaq istəyirəm..скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!