Tale oyunu

Tale oyunu
Sevgi Dünyası
10.09.2017 20
Dünən yenə onunla mən baş-başa qalmışdıq otağımda mən və məni heç vaxt tək qoymayan yalnızlığım. Qəribə bir oyun oynamaq qərarına gəldik.Tale oyunu. İlk öncə yalnızlığım əlindəki kartları qarışdırıb adama 5 kart payladı kartları açdım deyəsən bəxtim gətirmişdi. Bu oyunda əlimdə olan kartların 5-də ürek açan idi. Sədaqət,Gülüş,Əbədilik,Xoşbəxtlik,Sevgi..

Düsündüm qələbə mənimdir. İlk öncə yerə gülüş kartımı qoydum o, bu kartın üstünə münasibət kartın qoydu. Mən gülərək yerə Sevgi kartın qoydum. O,heç nə düşünmədən yalan kartın oynadı. Mən onun kartının üstünə sədaqət kartımı oynadım.Yalnızlığım güclü rəqib idi deyəsən o, mənim sədaqət kartımın üstünə xəyanət kartın qoydu. Mən qəzəblənib yerə xoşbəxtlik kartmı qoydum. O,mənə baxıb güldü yerə bədbəxtlik kartın oynadı nə edəcəyimi bilmədim. Son daşım qalmışdı əlimdə o da əbədilik idi. Düşündüm bu kartdan güclü kart ola bilməz o, mənim son kartmı vura bilməz deyə böyük jestlə yerə əbədilk kartını oynadım. Yalnızlığım mənim yerdəki daşıma baxıb, sonra nəsə demək istədi ama susdu. Ayağa qalxdı mən uduzdum deyib otağı tərk etdi. Əlindəki son daşı isə üzü üstə çevirib masanın ona tərəf olan hissəsinə qoydu. Mən həqiqətən qələbə qazandığmı düşündüm. Onun son kartı mənə maraqlı idi. Otağdan çıxan kimi onun kartına baxmaq üçün əlimi uzatdım kart əlimdə olanda mən şokda idim. Mən uduzmuşdum. Sadəcə o son kartın oynamayaraq məni xəyal qırıqlığına uğratmaq istəməmişdi. Onun son kartı ÖLÜM idiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!