Çox da fərqi yoxdur əslində

Çox da fərqi yoxdur əslində
Sevgi Dünyası
10.09.2017 8
Çox da fərqi yoxdur əslində.Biri nə zaman bir şey təklif etsə, məsələn çay və ya qəhvə? Deyirəm çox da fərqi yoxdu mənə. Nə çox da alışdım çox da fərqi yoxdur əslindələrə. Nə zaman oyansam desəm ki, bu gün bir yerlərə gedim, ardından fikirləşirəm:Belke getmeyim? Çox da fərqi yoxdur deyib çəkirəm yorğanı üstümə. Nə zaman bir şeylər etmək, orada görmək istəsəm özümü bunun çox da önəmi yoxmuş kimi hiss edib dəyişirəm yolumu. Çəkib gedən insanların da çox fərqi yoxdur, elə gələnlərin də deyəsən. Yəni nə fərqi var ki, insanlar nə düşünür? Ola bilər pisəm,bilmirəm,amma həqiqətən bunun çox da fərqi yoxdur bəşəriyyətə. Bəlkə də pisdir fərqlər tapa bilməmək,bəlkə də yaxşıdır bilmirəm. Amma canımı yandıran insanların da fərqi yoxdur mənə. Sevinclər kimi adiləşib artıq kədərlər də. Kədər və ya sevinc. Nə fərqi var ki? Məsələn artıq üstünlüklər və çatışmazlıqlar maraqlandırmır meni. Ehhh, boş ver. Nə fərqi var ki? Düşünürsən ki, bunu sənin oxuyub-oxumamağının ferqi var? İstəsən dəyişə bilərsən səhifəni. Sənin oxuduğun səhifənin də fərqi yoxdur mənə. Gördüklərimin təsiri yoxdur düşündüklərimə. Sən günəşi görürsən, amma bilmirsen yağışdan necə islanmışam mən. Sənin güneşi görüb-görməməyinin çox da ferqi yoxdur mənim gözlərimə. Ola bilər günəşi yağış görən dəli deyirsən mənə, amma inan bunun da fərqi yoxdur mənə. Və səncə fərqi olsaydı bu qədər çox yazardım çox da fərqi yoxdur mənə? Bunu da boş ver fərqi olmasın sənə. Dəlilik də maraqlandırmır. Ümumiyyetle, sizin düşündükləriniz çox da maraqlandırmır məni, mənim düşündüklərim sizi maraqlandırmadığı kimi. Bəlkə də dəli yox, eqoist. Nə ferqi var ki? Sizin ürəyiaçıqlığınız qədər eqoistəm tutalım. Fərqimiz var ki?

Bilirsiz necə? Bunu yazarken, bundan əvvəl və ya sonra yaxşıyam və ya pisəm. Çox da fərq eləmir. Bu gün necəyəm deyə fikirləşmirəm artıq. Nəyi dəyişir ki mənim yaxşı və ya pis olmağım? Gülüşlərimi? Onu itirəli bir bilsen necə çox oldu. Və onun ardından heç nə fərq etmədi artıq. Nə insanların münasibətləri, ne sevgiləri, nə də nifrətləri. Bəlkə də, bilmirsən nifrəti sevgiyə çevirməyin necə asan olduğunu. Həqiqətən. Amma hələ də nifrət etdiklərinə görə, çox da fərq etmirlər demık ki. İki insan qalıb yanımda. Biri men, biri özüm. Özümlə söhbət edirəm bu gün, necə də çox fərq etmirlər mənə.

Sən ki artıq sondasan, necə də fərqi var sene . Bilirsən nə demək istəyirəm? Bax ətrafdakı insanlara, necə də narahat görünürlər hər şeyin fərqi varmış kimi, amma əmin ol bir insanın, eləcə də digərlərinin çox da fərqi yoxdur dünyanın fırlanmasına. Ya da dünyanın fırlanmasının çox da ferqi yoxdur insanlara. Demə ki, var. Sən heç vaxt fikirləşmədin səhər açılanda və ya hava qaranlıqlaşanda:Dünya fırlanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!