Gözümüzün önündə olan xəzinələrimiz...

Gözümüzün önündə olan xəzinələrimiz...
Sevgi Dünyası
10.09.2017 4
Qadının biri comərd olduğu deyilən yaşlı bir müdrikin yanına gedib deyir:

- Bu şəhərdə məndən kasıb insan yoxdur! Mənə bir az kömək edərsinizmi?

Müdrik adam qadının qucağındakı körpənin bir ipəyi xatırladan yanaqlarını oxşayıb öpdükdən sonra:

- Demək kasıbsan! Həm də çox kasıb, amma qarşılıqsız kömək etmək adətim deyil! Əgər kömək istəyirsənsə, uşağının barmağını satmağın lazımdır - deyə cavab verir.

Qadın əvvəl müdrikin dəli olduğunu sanır, daha sonra da pis bir zarafat etdiyini düşünür, amma adam ciddi görünürür... Qadına bir kisə qızıl uzadıb:

- Ayaq barmağına da razıyam! - deyir. Onsuz da cərrah olduğumdan, ona acı çəkdirmərəm.

Qadın, bütün qanını donduran bu təklif üzərinə qaçmağı düşünərkən, müdrik:

- Yalnız dırnağını söksəm də olar! - deyə davam edir. Bilirsən zamanla yenisi çıxar.

Qadın bu ruh xəstəsinə daha çox dözə bilmir və qapını çırpıb uzaqlaşarkən, müdrik onun arxasından:

- Necə bir kasıb olduğunu anlaya bilmədim! - deyə qışqırır. Qucağındakı xəzinənin dırnaq qədər bir parçasını, bir kisə altına dəyişmirsən...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!