Bir insanla yaşamaq istədiklərim..

Bir insanla yaşamaq istədiklərim..
Sevgi Dünyası
10.09.2017 53
Yeniden doğulmaq isteyirem... Doğum evinde senle birge dünyaya gelmek isteyirem. İkimiz de birlikde ağlayardıq ilk defe. Seninle eyni mehellede yaşamaq isteyirem. Pencereden qapınızı güderdim. Senin qapıdan çıxmağını gözlemekle keçerdi günüm. Oyuncaqlarımı senle bölüşmek isteyirem. Meqsedim oyun oynamaq yox, seni seyr etmek olardı. Mektebe senle bir getmek isteyirem. Seninle bir parta arxasında oturub bilmediklerimi senden köçürerdim. Heyatımız uşaqlıqdan ölenecen birge keçsin isteyirem. Her anımda senle olardım. Senden ayrı qalmağın nece bir hiss olduğunu duymaq isteyirem. Heyatımız boz yox, rengareng olardı. Senle bir oyun oynamaq isteyirem. O oyunun qaydaları sert, ama esl sevgi imtahanı olardı. Senden bir müddet uzaq qalmaq isteyirem. Mektebi bitirdikden sonra tehsilimi davam etdirmek isteyim en gözel behane olardı. Ders oxumaq isteyirem. Seni özümden uzaqlaşdırmaqçün bu yalanı danışardım. Ressam olmaq isteyirem. Deniz sahilinde yalnız gezerken gözlerini üfüqe çekerdim. Sene qovuşmaq isteyirem. Universitet heyatının sebeb olduğu uzun ayrılıqdan sonra seni berk-berk qucaqlayardım. Seninle birge xoşbext olmaq isteyirem. Heyatımızın en gözel anlarını birge yaşayardıq. En çılğın cütlük biz olardıq yeqin. Üreyimiz isteyen delilikleri ederdik. Qısa müddet de olsa tenha bir daxmada yaşamaqdan başlayıb, parkdakı skamyaların birinde geceni keçirmeye qeder bütün arzularımızı reallaşdırardıq.Ezab çekmek isteyirem. İkimiz de başqa bir heyat qurardıq özümüze. Senin öz ailen, menim öz ailem olardı. Seni yeniden görmek isteyirem. Senin harada olduğunu öyrenib yanına gelerdim. Heçne olmayıbmış kimi evvelki tek qucaqlaşardiq.. Oyunu başa çatdırmaq isteyirem. Heyatımızda birce qocalığa yer qalmazdı. Seninle birge ölmek isteyirem. İkimiz de qaçardıq denize doğru. Qayığa minib uzaqlaşardıq sahilden. Xeyli uzaqlaşdıqdan sonra qayığa balta ile delik açardım. Sonra da qucaqlaşıb belimize zencir dolayardıq, ruhlarımız kimi cesedlerimizin de birge olması üçün. Getdikce batardıq denizde. Son defe "seni sevirem" deyib berk-berk qucaqlaşardıq. Belece gözlerimizi heyata birge açıb, birge yumardıq. Qaranlığımın şahi, sence men heyatdan çox şey isteyirem?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!