Mən artıq yoxam və sənə verəcək heç nəyim yoxdur

Mən artıq yoxam və sənə verəcək heç nəyim yoxdur
Sevgi Dünyası
10.09.2017 10
İnsan dərin kədər içində yalnız oturmuşdu. Bütün heyvanlar ona yaxınlaşıb dedilər: "Biz səni belə kədərli görməyi sevmirik. Bizdən ürəyindən nə keçirsə, istə və istədiyinə sahib ol".

İnsan dedi: "Mən yaxşı görmə qabiliyyəti istəyirəm". Kərkəs cavab verdi: "Mənimkinə sahib olacaqsan".

İnsan dedi: "Güclü olmaq istəyirəm". Yaquar cavab verdi: "Mənim kimi güclü olacaqsan".

İnsan dedi: "Mən dünyanın sirlərini bilmək istəyirəm". İlan cavab verdi: "Mən onları sənə göstərəcəyəm".

Və beləcə bu heyvanların hamısıyla təkrarlandı və insan onların verə biləcəyi bütün hədiyyələrə sahib olanda getdi. Sonra bayquş heyvanlara dedi: "İndi insan çox şey bilir və çox şeylər etməyə qadirdir. Mən artıq qorxuram".

Maral dedi: "İnsan istədiyi hər şeyə sahib oldu. İndi onun kədəri bitəcək".

Bayquş isə cavab verdi: "Mən insanın içində bir boşluq gördüm, onun heç vaxt hiss etməyəcəyi qədər dərin aclıq kimi. Bu onu həmişə kədərli və daim nəyəsə möhtac edir. O götürə-götürə gedəcək. Ta ki dünya ona "Mən artıq yoxam və sənə verəcək heç nəyim yoxdur" deyənə qədər".



"Apocalypto" filmindənскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!