Mən səninlə hər şeyə hazır idim

Mən səninlə hər şeyə hazır idim
Sevgi Dünyası
10.09.2017 4
 Sevgilim……Yanımda olmağını istəyirəm……[/i]

Başımı çiynin üstə qoyub……

Dənizin səsinə…..

Günəşin batışını birgə o xoşbəxlik saçan gözlərimizlə izləmək istəyirəm……

Dərin nəfəs verib …….

Gözlərimi yumub ……..

Sənlə yaşadığımız xəyallara dönmək istəyirəm…………

Küləyin oynatdığı tellərimi əllərinlə tutmağını istəyirəm……

Qovuşduğumuz bu anlarda……..

Mavi gözlərimdəki o sevinc göz yaşlarımı dodaqlarınla silməyini istəyirəm……

Əyilməz qürurumuzun belə sevgimiz önünə çıxa biləyəcəyini

Ürəyimizdən keçən sözləri gözlərimizin bəbəylərinə baxa-baxa

Bu dəli sahil boyunca qışqırmaq istəyirəm……….

İlk sevgimizin ikimiz üçün də ömür boyu ilk və son sevgimiz olaraq əbədiyyətdə qalmağını istəyirəm………..

Sevgimizin addımladığı bu yolda…..

Sonu ölüm də olsa bu yolu sona qədər getmək istəyirəm…..

ALLAHın bizə verdiyi mərd, güclü, təmiz, cəsarətli sevgimizin

Bizi ömür boyu tərk etməməyini istəyirəm………

Bir birimizi süzdüyümüz o baxışların altındakı gizli mənanın sevgi olduğunu……..

Bizi ayıran sevgimiz yanında boş olan, o mənasız və dəyərsiz şeylərin gedib

 

[/b]

 





Birdə geri gəlməməyini istəyirəm……

Ayrılıq buludlarının tökdüyü göz yaşlarının altında…….

Bizi ayırdığı günlərin acığına…..

Ayıranların ayıra bilmədiyi sevginin gücünü göstərmək istəyirəm……

Başımı qoyduğum bu rahat yerdə ömür boyu daş olub qalmaq istəyirəm…....

Mən səninlə hər şeyə hazır idim......

Günəşin doğan hər şüasıyla bir yerdə izləməyə..........

Gecələr sonsuz ulduzları saymağa................

Ay işığında, xəzər sahilində, ayaqlarımıza hər vuran ləpələrdə sevgimizidi bir daha bir birimizə sübut etməyə hazır idim.......

Bir yerdə gədən yolda ayaqlarımızı incidən cınqılların üstündə gəzməyə.........

Qan getdiyimiz yollarda iz qoyana qədər hazır idim.....

Dolmuş buludların göz yaşlarını yanaqlarımdan silməyə hazır idim..........

Tellərimə sığal çəkdiyin həmin dəqiqələri sonsuzluqa qədər

Saxlamaqa hazır idim......

Qulağıma pıçıldadığın, ürəyimi yerindən oynadan sözləri ömür boyu xatirələrimdən

Silməməyə hazır idim........



[b] 

Qəlbimin qapılarımı bağlayıb, ora səndən başqasını buraxmamağa hazır idim........

Səndən başqa hec kimə yuxuma belə gəlməyinə icazə verməməyə hazır idim...........

Bir-birimizə sarmaşıq kimi dolaşıb ALLAH-dan başqa qüvvənin ayıra bilməyəcəyinə hazır idim......



Sahildə yazdığımız adların üstünə gələn böyük ləpənin belə

Bu sevgiyə qıyıb poza bilməyəcəyini anlayıb

Geri çəkiləcəyinə əmin idim......

Böyük bir eşq alovlanmaqda idi......

Alovlarını, atəşini söndürmək istəyən soyuq sular

Bu sevgini daha da şiddətli ayrılmaz qüvvəyə çevirməkdə idi..........

Məcnun adı yaraşdırılan insan belə bu sevgini görüb adından utanacağına əmin idim.....

Yazılan sevgi hekayələrindəki qəhrəmanlar belə bu sevgiyə həsəd aparacağına əmin idim..............

Şairlər bu sevgini ağ vərəqə köçürə bilməyəcəyinə əmin idim.......

Mən belə sevgiyə hazıram......

Heç vaxt üz döndərməməyə

Başqalarının aramıza girə bilməyəcəyinə

Gözlərimi yumub axirəti gözləyənəcən səninlə olub

Səni sevməyə hazıram...................



Mən səni……. Sən də məni…..

Sən sevgimi……. ….Mən qəlbini….

Sən ölümü ………….Mən sonu istəyirəm

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!