Deyəsən mən yenə xəyallara daldım...

Deyəsən mən yenə xəyallara daldım...
Sevgi Dünyası
10.09.2017 7
 

O, gecə yuxuma girdi..Qəbirsanlıq, gecə qondular, heykəllər, soyuq hava..

Havaya qoşulmuş dəcəl küləklər və qurumauş sarı yarpaqlar..Mən belə yuxulara öyrənməmişdim..



O, yuxu özüylə o qədər ümid gətirmişdi ki...Mən də razılaşdım..

Yuxumda atdığım hər addım sanki, məni Ona aparırdı..



Ona o, qədər deyəcəklərim var ki..Ona deməliydim ki, sənsizliyə bir çarə tapılmaz...



O gedəndən sonra, heç kim anlamırdı ki, ölən mənim ümidlərim idi..

Gedən mənim sevgilim idi..Yarım qalan mənim canım idi...



Və nəhayət gözlərim səni gördü sevgilim..



Başını qoy çiynimə gözlərini yum..Xəyallarımı seyr elə..

Sonra bu kabuslar içində şirin röya axtar..Tapsanda sevinmə..

Mütləq oyandıran olacaq..



Külək əsəndə artıq sus..Ağlatma məni..Deyirəm..Elə, hey sənsizliyimə ağlayıram sevgili..

----- ..Daha bəsdir!...Ağlama sevgilim, ağlatma məni..-----



Artıq qəlbim tozlanıb..Bağlayıb sənsizlik toru..

----...Mənsiz deyilsən, mən sənləyəm..Hər an səni izləyirəm..----



Səni hər yada salanda, xəzri əsir..Sanki, günəşdə buzlaşıb..

O, da soyudur hər tərəfi..Sənsizlik qəlbimi, səndən qalan xatirələri soyudur sevgili...

----...Görürəm əzablarını sevgili..Gör, mən nə haldayam, heç məni düşünmürsən..

Mən ki, torpağı yarıb sənə gələ bilmirəm..----



---- ...Sevgilim gedirəm..Axtarma məni..Arxamca baxma, yolumdan döndərmə məni..

Bəlkə, görüşdük cənnətdə..Gözlətmə məni..----

Səni həmişə sevəcəm, sevgilim...Yanımda olsan da , olmasan da..



Deyəsən mən yenə xəyallara daldım...Hardadı mən də o, xoşbəxtlik..

Sən röyamda görünəsən ..



Bəlkə, də səhv məndə idi.. Amma mən sadəcə istəyirdim ki, ona yaxın olum..

İstəyirdim ki, göyə toxunum, ulduzlardan sevgi çələngi düzəldim.....Amma olmadı..

Mən yuxudan oyandım və ümidlər yerindəcə keçindi..
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!