Möcüzələrlə dolu dünya!

Möcüzələrlə dolu dünya!
Sevgi Dünyası
10.09.2017 6
Görmə, eşitmə və danışma qüsurlu doğuldu. Başlanğıcda nə danışa, nə eşidə, nə də görə bilirdi. Amma bütün bunlara qalib gəlməyi bacardı və bir gün belə bir şey dedi: "Bəzən öz-özümə: Dünyada hər kəs ildə iki gün görmə və eşitmə hissiyyatından məhrum qalsa nə gözəl olardı – deyə düşünürəm. O zaman onlar qaranlıqda görmə qabiliyyətlərinə daha çox dəyər verməyi, səssizlikdə səslərin verdiyi zövqü duymağı öyrənərdilər”.



O, bir yaş yeddi aylıq olduğu vaxt keçirdiyi skarlatinanın ensefalitlə ağırlaşmasından kor və kar olub.



Görəsən, sadəcə bir neçə günlük görə bilməsi mümkün olsaydı nələri görmək istərdi Helen Keller?



"Birinci gün, mənə yaxşılıq edən, dəyər verən insanları görmək istərdim. Kimisə görə bilməyin insanlarda nə cür hisləri oyandırdığını bilmirəm. Mən sadəcə toxunaraq üz cizgilərindən kədərli, sevincli olduqlarını başa düşürəm. Görəsən, görə bilənlər ondan yaxşı istifadə edirlər? Sevdiklərinin göz rənglərini, üz cizgilərini bilirlərmi?



Bəli, ilk gün sevdiyim dostlarımı evə dəvət edib uzun müddət üzlərinə baxardım. Sonra yeni doğulmuş bir uşaq görmək istərdim.



Kitabların da necə olduğunu bilmirəm. Onlar da mənə maraqlıdı.



O axşam, qürubun həmişəkindən daha parlaq, möhtəşəm olması üçün Allaha yalvarardım və gözlərimi ondan heç ayırmazdım.



Ertəsi gün, sübh tezdəni gözləyərdim. Sonra insanların sənət əsərlərini görmək istərdim”.



Ətrafınıza üç gün sonra bir daha heç vaxt görə bilməyəcəyinizi düşünərək baxın. Üç gün sonra bir daha eşitmə hissinizin olmayacağı kimi səsləri dinləyin. Bəlkə həmin vaxt hər zaman baxıb görmədiyiniz, eşidib fikir vermədiyiniz, xoşlamadığınız möcüzələrlə qarşılaşacaqsınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!