İbrətamiz hekayə

İbrətamiz hekayə
Sevgi Dünyası
10.09.2017 5
Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu şəhərdən ailəsinə zəng etdi:

-Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm.

-Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər.

Oğulları:

-Ancaq bir məsələni bilməyiniz lazımdır deyə davam etdi. Yoldaşım döyüşdə ağır yaralandı. Minaya düşdü və bir qoluyla bir ayağını itirdi. Gedəcək heç bir yeri yoxdu və onun gəlib bizimlə qalmasını istəyirəm.

-Bunu eşitdiyimə kədərləndim oğlum. Bəlkə onun başqa bir yer tapmasına köməkçi ola bilərik.

-Xeyr. Ana, ata, onun bizimlə yaşamasını istəyirəm.

-Oğlum, dedi atası, bizdən nə istədiyini bilmirsən. Onun kimi qüsurlu biri bizə qorxunc bir yük olar. Bizim öz həyatımız var, bunun kimi bir şeyin həyatımıza mane olmasına icazə verə bilmərik. Məncə bu yoldaşını unudub evə dönməlisən. O öz başının çarəsinə baxacaq. Oğlu o anda telefonu söndürdü. Ailəsi ondan bir müddət xəbər ala bilmədi. Amma bir neçə gün sonra, polis şöbəsindən bir zəng gəldi. Oğullarının yüksək bir binadan düşüb öldüyünü öyrəndilər. Polis bunun intihar olduğuna inanırdı.

Kədər dolu ana-ata oğullarının cəsədini təsbit etmək üçün şəhər meyitxanasına aparıldılar. Onu tanıdılar və bilmədikləri daha bir xəbəri öyrənincə dəhşətə gəldilər:

Oğullarının yalnız bir qolu və bir ayağı vardı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!