Allahın yaratdığını kamilləşdirməyə cəhd

Allahın yaratdığını kamilləşdirməyə cəhd
Sevgi Dünyası
10.09.2017 22
Ötən əsrlərdə yaşamış Sünbül Sinan adlı övliya bir gün öz şagirdlərindən soruşdu:

- "Fərz edin ki, Allah-təala bu kainatı yenidən yaratmağı sizə tapşırıb. Bu halda nə edərdiniz?”

Şagirdlərin hərəsi bir söz söylədi. Biri dedi ki, bütün kafirləri məhv edərdim. O biri dedi ki, bütün şərab içənləri yox edərdim. Digəri isə bütün tütün çəkənləri məhv etmək istədiyini bildirdi.

Şagirdlərin biri - Müslihiddin Əfəndi isə heç bir cavab vermədi. Müəllim bunun səbəbini soruşanda Müslihiddin Əfəndi cavab verdi:

- "Müəllim, məgər Allahın iradəsində nöqsan varmı ki, mən onda dəyişiklik etmək istəyim? Allah hər şeyi necə yaratmışsa, hеç bir dəyişiklik еtmədən o şəkildə saxlayardım”. Sünbül Sinan bu cavabı eşidən kimi razı qalıb söylədi:

- "Məsələ öz cavabını tapdı”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!