Ən önəmli dərs

Ən önəmli dərs
Sevgi Dünyası
10.09.2017 22
Məktəbdə ikinci ayımda müəllim test suallarını payladı. Mən məktəbin ən yaxşı şagirdlərindən biri idim. Sualların hamısına çətinlik çəkmədən cavab verdim, amma son sualda çaşıb qaldım. Sual belə idi :"Hər gün məktəbi təmizləyən xadimə qadının adı nədir?". Düşündüm ki bu bir zarafatdır, belə sual ola bilməz. Xadimə xanımı hər gün məktəbi təmizləyəndə görürdüm. Uzun boylu, qara saçlı biriydi, amma adını hardan biləydimki?! Sonuncu suala cavab vermədən kağızı müəllimə verdim. Dərs qurtarandan sonra şagirdlərdən biri sonuncu sualın test suallarına daxil olub olmadığını soruşdu. "Əlbəttə ki, daxildir" müəllim dedi, " İş həyatınız boyunca hər biri bir-birindən fərqli çoxlu insanla tanış olacaqsınız, amma bu insanların hamısı sizin diqqət və marağınıza layiq olan insanlardır. Onlara sadəcə gülümsəyib salam verməniz lazım olsa belə...". Müəllimin bu sözləri məni çox düşündürdü. Bu dərsi ömrüm boyu unutmadım. O xadimə xanımın adını da...Onun adı Leyla idi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!