Həmin şəhər behiştdir...

Həmin şəhər behiştdir...
Sevgi Dünyası
10.09.2017 14
Bir hökmdar qərara gəlir ki, hər cür eyb və nöqsandan uzaq olan bir
şəhər saldırsın. Bu məqsədlə dünyanın hər yerindən ən məşhur memarları
işə cəlb edir. İllər ötdükdən sonra şəhər hazır olur. Hökmdar başqa
ölkələrin padşahlarını bu şəhərə baxmağa dəvət edir. Onlardan sonra
ölkənin rəiyyətini də şəhərə tamaşa etməyə buraxırlar. Hamı bir ağızdan
təsdiq edir ki, bu gözəllikdə şəhər dünyanın heç yerində yoxdur və onun
quruluşunda zərrəcə nöqsan tapmaq mümkün deyil. Qəflətən bir qoca kişi
padşaha deyir: «Əgər mənə aman versən, bu şəhərin iki ən böyük eybini
sənə deyərəm».

Hökmdarın icazəsini aldıqdan sonra qoca söyləyir: «Şəhərin birinci eybi
budur ki, onu tikdirən şəxs əvvəl-axır öləcək. İkinci eyb budur ki,
şəhərin özü də əvvəl-axır uçulub viran qalacaq və xarabalığa
çevriləcək».

Hökmdar qocanın haqlı olduğunu təsdiq edir, sonra soruşur: «Bəs, mən nə
edim?». Qoca cavab verir: «Sən özün üçün elə bir şəhər yarat ki, nə o
özü viran olsun, nə də sən onun içində qocalıb öləsən». Hökmdar
təəccüblə xəbər alır: «Dediyin şəhəri necə yarada bilərəm ki?». Qoca
söyləyir: «Həmin şəhər behiştdir və sən onu öz xeyir əməllərinlə yarada
bilərsən».скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!