Səndən yemək istədim

Səndən yemək istədim
Sevgi Dünyası
10.09.2017 13
Allah
Elçisi - salləllahu aleyhi və səlləm - dedi: "(Qiyamət günü) Allah öz
quluna buyuracaq: "Səndən yemək istədim, Mənə yemək vermədin”. Qul
deyəcək: "Ey Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki,
məndən yemək istəyəsən, mən də Sənə yemək verməyim?” Allah buyuracaq:
"Məgər bilmirsən ki, filan qulum səndən yemək istəmiş, sən də ona yemək
verməmişdin? Məgər bilmirdin ki, əgər onu yedirtsəydin, bunun mükafatını
Mənim yanımda tapacaqdın?” Yenə buyuracaq:

"Ey
Adəm oğlu! Səndən su istədim, Mənə su vermədin”. Qul deyəcək: "Ey
Rəbbim! Sən aləmlərin Rəbbi ola-ola necə ola bilər ki, məndən su
istəyəsən, mən də Sənə su verməyim?” Allah buyuracaq: "Filan qulum
səndən su istəmişdi, sən isə ona su verməmişdin? Məgər bilmirdin ki,
əgər ona su versəydin, bunun mükafatını Mənim yanımda tapacaqdın?” Yenə
buyuracaq:

"Ey
Adəm oğlu! Mən xəstələndim, sən isə Mənə baş çəkmədin”. Qul deyəcək:
"Ey Rəbbim! Sən aləmlərin Rəbbi olduğun halda, mən Sənə necə baş çəkə
bilərdim?” Allah buyuracaq: "Filan qulumun xəstələndiyini bilmirdinmi?
Əgər ona baş çəksəydin, bunun mükafatını Mənim yanımda tapardın”, yaxud
"Məni onun yanında tapardın”. (əl-Buxari "Ədəbul-Mufrad”, 517).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!