Sevginin bəxş etdiyi gözəlliklər

Sevginin bəxş etdiyi gözəlliklər
Sevgi Dünyası
10.09.2017 15
Qəlbi
Allah sevgisi ilə döyünən insan hər şeyə sevgi ilə yanaşar. Aləm
gözündə gözəlləşər. Yaranan hər varlıqda Rəbbindən bir dəlil axtarar.
Onu tapdıqda isə heyrət onu bürüyər, gözləri yaşla dolar və düşünər ki,
"Ey Rəbbim, mən sənə necə səcdə edim ki, rahat olum.” Allah kimə lütf
edib doğru yola yönəldərsə, o insan özü də hiss etmədən günbəgün
gözəlləşər. Bu, həm zahirən, həm də daxilən baş verən dəyişiklikdir ki,
bunu da yalnız iman sahibləri görə bilər. Belə insanlar düşdükləri
çətinliklərə və əziyyətlərə baxmayaraq, özlərini çox xoşbəxt və rahat
hiss edərlər. Bu səbəbdən də, ətraflarındakı insanlara da mərhəmət və
sevgi ilə yanaşar və onları Allahın buyurduğu gözəl din əxlaqı ilə
yaşamağa dəvət edərlər. Bu əxlaqda olan insan gözəl davranışı ilə hər
kəsə nümunə olar. Ona qarşı edilən kobud və sərt münasibətdə belə,
Mərhəmətli Rəbbimizi düşünürək səbir və təmkinlə davranar. Öz gözəl
əxlaqı ilə qarşı tərəfi utandırar. Belə davranış həm də
əxlaqi-tərbiyyəvi əhəmiyyət kəsb edir. Belə ki, Allahı sevən və Ondan
qorxan insan hər addımında Uca Rəbbimizin Ondan razı qalması üçün
əlindən gələni əsirgəməz. Sahib olduğu nemətləri Allah rizası üçün
xərcləyər və özü də bundan razı qalar.



Allahı
sevmək...! Bunu sözlərlə ifadə etmək kifayət deyil. Bu hissi yaşamaq
lazımdır. Çoxları deyə bilər ki, "Allahı biz də sevirik.” Lakin
kor-koranə həyat yaşayar, dil vərdişi olaraq bu ifadəni dillərinə
gətirərlər. Allah sevgisini yaşayan insan səmimi, mehriban, mərhəmətli,
qayğıkeş, səbirli, təvazökar, inamlı, düzgün qərarlı olar və bu gözəl
hissi yaşamaq ona çox böyük hüzur və rahatlıq gətirər. Bu, Allahın çox
böyük lütfüdür. 



Hər
kəs bu gözəl hissin zövqünü duymaq üçün səmimi cəhd etməlidir. Allaha
yönəlməklə, dua etməklə, özü üçün bağışlanma diləməklə ümid edə bilər
ki, Mərhəmətli Allah bu ülvi hissi ona da lütf edər və Özünə
yaxınlaşdırar. Lakin əlbəttə ki, bunları edərkən insanın niyyəti səmimi
olmalıdır və Allahın yaratma sənətini dərin təfəkkür etməlidir. İnsan
yalnız Allahı tanıyaraq sevə bilər. Bu yolla, insanın qəflət pərdəsi
aradan qalxar, qəlbi yumşalar, bəsirət gözü açılar.

Unutmayaq ki, Uca Rəbbimiz bağışlayan, çox mərhəmətli, çox lütfkar və sevilməyə ən çox layiq Olandır!



...De:
"Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah
(hər şeyi) Əhatəedəndir, Biləndir”. (Ali İmran surəsi, 73)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!