Qara torpaqlar..boş məzarlar..

Qara torpaqlar..boş məzarlar..
Sevgi Dünyası
10.09.2017 12
İlk
qar dənəsi qondu torpağa və son ümidimi də dondurdu..Gecənin
qaranlığında ac qurd kimi uğuldayan küləyin səsini də boğdu sönən
ümidimin can verərkən hayqırdığı səs..mənsə oturub özümə başsağlığı
verirəm,yasını tuturam ümidimin.Boz divarların naləsi qulağıma
çatır..Tərk edilmiş torpaqda basdırdım ümidimi,nifrət etdim qışa,qaçmağa
çalışdım ondan.Gözlərimi yumdum olanlara,yuxuya getdim..dərindən nəfəs
aldım.Ümidsizlik içində boğularkən,qaranlığ içimi gəmirəndə saf və həzin
uşaq səsinə oyandım..Otaqda heçkəs yox idi..mavi xatirələrim inildədi
bir neçə saniyəliyə..Azan verilirdi artıq,yeni bir gün başlayırdı..Bəlkə
də bu gün qara torpaqlardan köçmək vaxtı idi,yeni dünyalar tapmaq,yeni
insanlar tanımaq,dumanlı sevgilərə "əlvida" demək vaxtı idi..bəlkə də bu
yeni bir ümid idi..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!