Beynin cinsiyyəti varmı?

Beynin cinsiyyəti varmı?
Sevgi Dünyası
10.09.2017 5
İsrailin Tel Aviv Universitetinin elm adamları qadın və kişi
beyinlərinin quruluşunu araşdırıb. Araşdırmaya görə, beyin hər iki
cinsiyyətə xas xüsusiyyətlərin mozaikasıdır.
Əldə olunan nəticələr ABŞ Milli Elmlər Akademiyasının PNAS adlı
nəşriyyatında yayımlanıb. Demək olar ki, bütün beyinlərdə qadın və
kişilərə xas xüsusiyyətlərə rast gəlinib. Yəni tam bir kişi beyni və ya
tam bir qadın beyni haqqında danışmaq mümkün deyil.
İsrailli, isveçrəli və alman araşdırmaçılardan ibarət qrup
araşdırmalarında 400 000 adamın maqnetik rezonans görüntüləmə
texnikasından istifadə ediblər. Mütəxəssislər görüntülərdə hər beyindəki
ağ və boz hüceyrələr arasındakı fərqləri, beynin fərqli hissələri
arasındakı əlaqələri araşdırmanı uğurla sonlandıra bilib. Onlar əvvəlcə
qadın və kişi beyni arasında üst-üstə düşən xüsusiyyətləri, daha sonra
da tamamilə qadınlara xas və tamamilə kişilərə xas xüsusiyyətləri təsbit
edib.
Araşdırmanın nəticələrinə görə, bəzi beyin xüsusiyyətlərinə daha çox
kişilərdə, bəzilərinə isə daha çox qadınlarda rast gəlinir. Lakin
bəziləri də var ki, həm qadın, həm də kişi beynində müşahidə edilir.
Araşdırılan beyinlərin çoxunda hər iki cinsiyyətə xas xüsusiyyətlərin
yer aldığı, sadəcə kişi və ya qadın beyni kimi xarakterizə edilən
beyinlərin sayının az olduğu bildirilib.
Məsələn, araşdırmada boz hüceyrələr əsas götürülüb. Araşdırılan
beyinlərin sadəcə 6%-də təkcə qadın və ya kişi xüsusiyyətləri görülüb.
2013-cü ildə aparılan araşdırmada isə fərqli nəticələr əldə olunmuşdu.
Pensilvaniya Universitetindən amerikalı elm adamları qadın və kişi
beyinlərinin quruluşu arasında ciddi fərqlər olduğunu təsbit etmişdi. Bu
araşdırma tipik bir qadın beynində sinir əlaqələrinin daha çox sağ və
sol beyinlər arasında, bir tərəfdən digər tərəfə düzüldüyünü, tipik kişi
beynindəki sinir əlaqələrinin isə beynin ön və arxa tərəfləri arasında
qurulduğunu göstərmişdi.
Buna görə də kişilərin hisslərini koordinasiyalı davranışlara daha yaxşı
əks etdirə bildiyi, qadınların isə analitikaya əsaslanan məlumatlardan
istifadə edərək əlaqə yaratmaqda daha güclü olduğ təsbit edilmişdiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!