Bəlkə də əbədiyyətə kimi susacaqdım

Bəlkə də əbədiyyətə kimi susacaqdım
Sevgi Dünyası
10.09.2017 6
Elə susdum
ki, bəlkə də əbədiyyətə kimi susacaqdım. Çünki susmaq mənim kiçik
dünyamda atamla qurduğum ünsiyyət tərzi idi. Atam axşamlar evə yorğun
gəlirdi. Mən bütün gün darıxar, evdə sıxılardım. Səbirsizliklə atamı
gözləyirdim ki, o gələr oynayarıq. Atam qapıdan içəri girən kimi boynuna
sarılır, onu öpürdüm. Atam da məni qucaqlayıb öpər, sonra buraxıb
deyərdi ki, "hə, get oyna”.
Yemək hazır olanda masaya çağırılar, oturardım. Atam anamla söhbət
edirdi, mən də səsimi eşitdirmək üçün qışqırar, müxtəlif səslər
çıxarardım. Atam, "bütün gün insanlarla beynim xarab olub, indi də sən başlamısan! Sus, səsin başıma düşür!”, - deyirdi. Anam da, "atan yorğundur, get burdan”, - deyib atamın tərəfində durardı.



Bir gün anladım ki, susanda atam məni daha yaxşı başa düşür. Bu dəfə
səssiz oyunlar oynamağa, səssiz məşğuliyyətlər tapmağa başladım.
Bilirsiz nə etdim? Rəsm, rəsm çəkməyə başladım. Atam da baxıb, "ay sağ ol, sakit-sakit oyna balam”,
- deyirdi. Çox rəsm çəkirdim, bir vaxt başımı qaldırıb hər tərəfi
vərəqlər, rəsmlər, rənglər karandaşlar görürdüm, dağınıq şəkildə. Anam
acıqlanırdı. Düzü başım rəsmə o qədər qarışırdı ki, otağın
dağınıqlığının fərqinə varmırdım. Anam bir gün qəzəblənib, "bu otağın halına bax, bu gündən sənə rəsm çəkməyi qadağan edirəm”,
- dedi. Aman Allah, susqunluğumu, danışmamağımı dinclik kimi
qiymətləndirən ailəm, indi də rəsm çəkməyi əlimdən alsaydı nə edərdim?!
Elə bu fikirlə bir ailə tablosu işlədim. Atam evə gələndə münasib vaxtı
gözlədim. Atam oturan kimi çəkdiyim rəsmi ona göstərdim. Atam baxıb,
"hmm, qəşəngdir”, - dedi. Əli ilə işarə edib, "bu böyük adam anandır yəqin”, - deyə sual etdi. Mən, "yoo, o böyük adam mənəm, bu uşaq sənsən”, - söylədim. Atam, "a, yoox, bu adam anan, bu qız sən, bu kiçik oğlan da dostundur”, - dedi. Mən yenə, "xeyr ay ata, bu adam mən, balaca qızla oğlan da səninlə anamdır”, - deyə təkrar etdim. Atam dedi ki, "yaxşı, bəs özünü böyük, bizi niyə kiçik çəkmisən?”
Mən həyəcanla izah etməyə başladım: mən böyüyüb, böyük adam olacağam.
Siz yaşlanıb kiçiləcəksiniz, beliniz büküləcək. Əsgər baba ilə Nargilə
nənə kimi balaca olacaqsız. Mən də işdən gələndə yorğun olacam, siz
mənimlə danışmaq istəyəndə, iş məni yorduğuna görə sizinlə danışmaq
istəməyəcəm. Siz mənə nə isə göstərmək istəyəndə, mən deyəcəm ki, "get otağına, başım şişib”.

Anamla atam məni diqqətlə dinləyirdilər indi, gözləri dikilmişdi
mənə. Birdən ikisi də məni elə qucaqladılar ki, elə bil heç
buraxmayacaqdılar, həm də sanki indi bu an nə qədər danışsam, məni
dinləməyə hazır idilər.



İnsan bəzən bəzi şeylərin fərqində olmalıdır...

Özünün, həyatın, hadisələrin...

Gedişatın fərqində olmalıdır...

Üç günlük dünyadır...

Dünən oldu keçdi, sabah məchuldur...

Elə isə ömür dediyin bir gündür...

O da, bu gündürскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!