Sevgi və xəyanət. Bunlar Ər və Arvad kimi əkiz doğulub...

Sevgi və xəyanət. Bunlar Ər və Arvad kimi əkiz doğulub...
Sevgi Dünyası
10.09.2017 17
Bu
yaxınlarda  uzun həsrətdən sonra şəhərimizə qar yağdı. Ürəyim doludur,
dəqiq bilmirəm hardan başlayım, amma  bir şey lap deqiqdirki, mən qarı
cox sevirəm. Mənə görə ən gözəl təbiət hadisəsi QAR yağmasıdır. Bakı cox
gəzəl şəhərdir, qar yağanda lap  gözəl olur. Mənim Bakı haqqında
deyəcəklərim və təssuratların  həddindən artıq böyükdür, qalsın bu başqa
mövzu...



Burada
qeyd edəcəklərim  bir günün icində  bir neçə saatlıq
müşahıdələrimdir. O hadisə ki, məni cox maraqlandırdı, cox düşündürdü,
cox kövrəltdi, ən bir anlıq başqa dunyanın sakini oldum. Bəlkədə
bəziləri üçün cox sadə  və adi həyat hadisəsi olan görduüklərim mənim
üçün çox maraqlı idi.



Demək
belə qar yağan gün şəhərin mərkəzi küçələrinin birində dostumla bir
restoranda oturmuşduq,daha doğrusu dostum məni orada gözləyirdi. Içəri
girəndə gözüm dostumla paralel stolda oturan xoşbəxt  cütlüyə- oğlan və
qıza gördü. O stol diqqətimi o qədər çəkmişdiki, artıq mən dostumla
hal-əhval tutmağı və sohbəti unutmuşdum. Mən çox maraqla stolu
izləyirdim, deyilə bilərki, bu etik qaydalara zidd olar, "yaxşı" hərəkət
deyil. Amma mümkün deyildiki, o mənzərəni seyr etməyəsən. Vallah həyat
çox qəribədi, bu həyatda gərək heçnəyə təcüblənməyəsən, amma bu o demək
deyilki, hər şeyə laqeydsiz olaq, bəzəndə bir balacada təssuflənmək
lazımdır. Nə isə... demək nə baş verirdi, stolda oturan Qız 
oğlanın qarşısında ağlayırdı, ağlayırdı necə, lap özünü öldürürdü,
gözlərindən axan yaş payız yağışı xatırladırdı. Qız axan  göz yaşlarının
qarşısında bir o qədərdə sakit səslə, çox sakit səslə ağlayırdı, inanın
səsi eşidilməyəcək dərəcədə dodaqlarının altında mızıldayırdı.
Qarşısında oturan oğlan elə qız qədər də sakit ona qulaq asırdı.
Öğlanda sanki məni kimi seyredici idi. Oğlan əllərini üzünə tutaraq
barmaqlarının arasında Sevgilisinin ittihamlarını dinləyirdi, hec bir
suallara cavab vermədən "susqunluğu ilə" günahlarını etiraf edirdi.
Mənim üçün çox qaranlıq qaldı oğlanın günahının adı nə idi??? Mən hər
şeyi unudub,mənə aid məsələ olmasada bütün diqqətmi O stola cəmləmişdim.
Dostum məni ona fikir vermədiyimi görüm məni stoldan ayırmaq istəyəndə
bununda mənasız olduğunu gördü, və biz hər ikimiz "o
xoşbəxt ağlaşmanı" izlədik. Amma dostum çönüb arxaya baxdığından, o
"yoruldu". Beləcə iki saata qədər davam edən bu hadisə məndə olduqca
kövrək duyğular oyatdı, mənim hislərimi görən dostum  mənə çox
təəcubləndi. Indi ifadə edəbilmirəm  o duyğuları, amma  o anda "suallar"
içində boğlurdum. Cavabsiz qalan suallar məni HƏYAT və DÜNYA haqqında
düşünməyə məcbur etdi. mən o qızın göz yaşlarında Həyatı gördum, Sevgini
hiss etdim, onun islanan yanağında həyatın aynasını gördüm. Onun göz yaşları Həyatın güzgüsü idi".

 

Elə
həmin yerdə, həmin anda bunları düşünməyə başladım, dünyada, həyatda,
insanda bir şeyə xidmət edir, bu böyük həriflərlə yazilan  SEVGİDİR.
Yoxsa O qız saatlarla, insanların gözünün qarşısında niyə zülüm-zülüm
ağlayırdı??? Əgər bunun adı SEVGİ deyilsə bəs niyə ağlasın??? O səmimi,
sağlam hislərdən doğan yaşların bir tək səbəbi ola bilərdi, SAF və ÜLVİ
SEVGİYƏ  "XƏYANƏT". QIZ O LƏKƏNİ QƏBUL EDƏ BİLMƏZDİ, ONU HƏZM EDƏ
BİLMƏZDİ.



Həyat çox qəribədir, əgər bütün bəsəriyyət yığılsaydı O qızın tək bu sualına cavab verə bilməzdi "AXİ NİYƏ".



O gün mən çox düşündüm, çox fikirləşdim. Həttda o səhnəni unuda bilmirdim. Mən tək bir şeyi anladım HƏR KƏS SEVƏ BİLMƏZ. SEVGİNİN TƏLƏBLƏRİ ÇOX AĞIRDI. Bu dünya təzadlar üzərində qurulub. SEVDİ və XƏYANƏT. Bunlar Ər və Arvad kimi ƏKİZ doğulub...



HƏR KƏS SEVƏ BİLMƏZ!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!