Qadınlar niyə xəyanət edirlər?

Qadınlar niyə xəyanət edirlər?
Sevgi Dünyası
10.09.2017 35
Son zamanlar sosial şəbəkədə bu zarafat geniş yayılıb.
Bir çox hallarda qadın xəyanətinin səbəbi elə bu olur. Gəlin bu məsələyə bir qədər geniş aspektdən baxaq.

Qadın o vaxt xəyanət etməyə başlayır ki, onun tərəf-müqabili intim
sahədə onu qane etmir. Əvvəllər bu səbəb qadın üçün əbədi namussuzluq
sayılırdısa, indi bu normal hesab edilir. Əgər kişi qadınını təmin edə
bilmirsə və yaxud da etmək istəmirsə o ailə həyatını davam etdirməyə
bilər.

Bəs onda xəyanət etmək nəyə lazımdır?

Sadəcə ayrılıb,başqası ilə
ailə qurmaq olmazmı? Burada başqa səbəblər də ortaya çıxır.

Bəs ailə və
münasibətlərin stabilliyi, vərdiş və bağlılıq necə olsun?


Əmin olun ki,
belə halda siz yalnız özünüzü aldatmış olursunuz, çünki belə "bağlılıq"
sizi xəyanətdən çəkindirmir.

Bunu kənarda olan yeni sevgi məsələsinə də aid etrmək olar. Bəzi
qadınlar fikirləşirlər ki, həyat yoldaşlarını gizlincə aldatmaqla onu
ağrı və əzabdan qurtarırlar. Bu isə belə deyil, çünki "bütün gizli
sirlər" nə zamansa açılır. İkincisi - siz bu yalanla necəsə
yaşamalısınız, belə həyat isə əsl cəhənnəmə çevrilir.

Özünüzə və xəyanət
etməyi qərara aldığınız həyat yoldaşınıza qarşı dürüst olmaq sizcə daha
yaxşı deyilmi?


Qoy bütün səbəbləri əvvəlcədən bilsin. Qoy onun üçün
ağır, əzablı olsun. Bu sonradan həyatının yarısını aldadılma ilə
keçirməsi düşüncəsi ilə yaşamaqdan yaxşıdır.

Qadın xəyanəti kişilərin xəyanətinə qarşı qisasdırmı?

Bəlkə də siz
həqiqətən də onun sizə yaşatdığı "xəyanət acısı"nı ona yaşatmağa nail
ola biləcəksiniz.

Amma bu sizə harmoniya və xoşbəxtlik verəcəkmi?

Siz
daha bu insanla yaşaya biləcəksinizmi?


Yaxşı düşünün: hərdən bağışlamaq da lazımdır. Çünki başqasına hiss etdirdiyiniz ağrı-acı ilə siz öz yaranızı da sağalda bilməyəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!