Bağlı qapını açan zikr

Bağlı qapını açan zikr
Sevgi Dünyası
10.09.2017 9
Beytul-müqəddəsin
açarı həmişə Süleymanın (ə) yanında idi. Özündən başqa heç kəsə etimad
etmirdi. Bir gecə Süleyman (ə) bu qapını açmaq üçün Beytul-müqəddəsə
gəldi, ancaq qapı açılmadı. Cinlərdən yardım istədi və onlar da bu
qapını aça bilmədilər.



Çox qəmgin və narahat oldu. Güman etdi ki, Allah ona Beytul-müqəddəsə
girməyi qadağan etmişdir. Bu zaman öz əsasına söykənən bir qoca gəldi.
O, Həzrət Davudun (ə) yoldaşlarından idi.

Süleymanın (ə) yanına gəlib dedi: "Niyə qəmginsən?".

Süleyman dedi: "Bu evin qapısını açmaq mənə və yoldaşlarım olan cinlərə müşkül olmuşdur".

Qoca dedi: "Sənə atanın qəm və qüssə içində olan zaman söylədiyi kəlmələri təlim verimmi?".

Süleyman dedi: "De, ey qoca".

Qoca dedi: "De:

اللهم بنورك اهتديتُ و بفضلك استغنيتُ و بك اصبحت و امسيتُ، ذنوبي بين يديك، استغفرك و اتوب اليك يا حنّان يا منّان

Yəni, Allahım! Sənin nurunla hidayət olmuşam, fəzlinlə ehtiyacsız
olmuşam, Sənin yardımınla səhər və axşam etmişəm, günahlarım Sənin
yanındadır. Dərgahından bağışlanma istəyirəm və Sənə tərəf qayıdıram. Ey
Mehriban və Minnət qoyan Allah".

Həzrət Süleyman (ə) bu kəlmələri dedi və qapı açıldı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!