Nə vicdan, nə qürur, nə ego

Nə vicdan, nə qürur, nə ego
Sevgi Dünyası
10.09.2017 6
Böyük söhbət edirəm: 

yazı yazmaq üçün olan səhifəni açmadan əvvəl,

bir dərd elə özüvə, fikirləş tap birşeylər, ya da sərxoş ol, 

lül sərxoş..ki, nə vicdan tanıyasan, nə qürur, nə ego.

 

Bir bənzətmə lazımdı, Bizə bənzəməyən ama bizi andıran. 

Çünki o bənzətməyə bəzi özəllikləri verdiyimizdə onu alçalda bilərik, 

ama onun bizdən fərqli olmasıyla da təsəlli taparıq. 

Fərqli mövzudu, yazmaq istədiyim bu deyil. . 

Bir şey öyrəndimsə bu qədər yazmaq cabalarımdan o da budur ki, 

yazmaq planlaşdıraraq olmur! 

Bəli, nidalı cümlə, sevməsəm də elədi, 

oxuyacam bunu və nidaya diqqət edəcəm.

 

Önəmli
olan şey yazmağın səbəbidi, insanlarla danışa bilmədiklərin deyib daha
bir təsəllini əlimin altındaymış kimi qapıb götürərəm.

Ama olmaz!

Olmaz yox. etiraf etdiyim tək şey:

"Başımı rahatlatmaq üçün yazıram ama 

yazdığımda tam fərqli şeylərdən bəhs edirəm"

Sağolsun, tək buraxdı, bəzən də bu yazının, 

ya da o xəritəli dəftərimin bir günlük olmasını 

o qədər çox istəyirəm ki, bədiiləşdirərək əbədiləşdirmək.

 

Başımı rahatlatmaq- gizli eqonun açığa vurulmasının ilk sübutu,

elə bilirdim men qazanmışam, ama yox, 

əclaf altdan altdan iş görüb məgərsə..məni öz tərəfində

kral elan edərək qazanıb ve burda kader deyib dururuq,

baxdıqca indiki yazdığıma çox uzun gəlir.

 

Və düşüncə pərdələri bağlanır , biraz düşüncə və biraz alqıŞ..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!