Artıq dözə bilmirəm və ayrılıram

Artıq dözə bilmirəm və ayrılıram
Sevgi Dünyası
10.09.2017 3
Ən böyük əzab tərk edilmək deyil, aldadılmaq deyil, darıxmaq heç deyil; ən böyük əzab, gedərək böyüyən boşluqmuş.

Ən böyük itki sevib, sonda kimi sevdiyini anlaya bilməməkmiş. Dəyər verib layiq olmadığını qavramaqmış.

Könlümdəki
uşaq susdu və mən kənara qısıldım, çarəsizəm. Sürətli dağ çayı ikən
dayandım. Uşaq ürəyimlə böyük sevgilər yaşayarkən adam oldum, amma uşaq
tərəfindən sevgilər qazana bilməyən oldum. Hər vuruşundan sonra
yaşadığım müvəffəqiyyətləri unutdum, daha da batmaqdayam. 

 

Qan
qusuram, lazım olan heç bir yerdə deyiləm daha. Bir itkin zaman
yaşayıram.Yadlaşıram bu şəhərdə, bir yanıq baramayam, dirilib ölürəm, öz
dünyamda səninlə yaşayıram.

Günün ilk işıqları, sənin bədənin kimi yatağıma düşür, mən titrəyirəm, halbuki nə çox sevərdik bu işıqları.

 

Yeni bir gün, yeni bir ümid demək idi bizim üçün, sevdamızı ümidlərlə naxış kimi toxumuşduq xəyallarımıza. 

İçimizdə
həmişə başqa biri var başqa dünyalar ümidlər və eşqlər, gecə və gündüz
kimi, bir almanın digər yarısı kimi.Əskik qaldım indi sən gedəndə.
Gülüşün ümid, baxışın xoşbəxtlik idi, getdin, payızda ardına baxmayan
leylək kimi. 

Halbuki çaylar qurmuşduq sonunda okeanlar, incilər çıxardar, ağlayan uşağın qəmzəsi olardıq saf və duru.

İtdin, gülüşlər həmişə saxta. Uzaqdasan, ulduzların da kənarında ürəyimi sökdün gedərkən görürsənmü halımı.

Həyasız gecələrdə içdiyim şərabıma çörək, ürəyimə liman, payızımda əsən şirin külək idin, üzümə təbəssümlər əsdirərdin. 

Bir can olmaq idi səninlə məqsədim, dağlar sahibsiz, evsiz insanlar , sevmənin əvəzi unudulmaqmış.

 

Hər
şeyim sən idin,yerim-göyüm,arzum,istəyim sən idin.Artıq dözə bilmirəm
və ayrılıram.Arzularımın nə vaxtlarsa ümidləndiyi yerlərdən
ayrılıram.Arzularımın uyuduğu,xatirələrimin lövbər saldığı arzulu
yerlərdən ayrılıram.Səninlə qəfil ayrıldığım kimi,arzularımın uyuduğu
yerlərlə də qəfil ayrılıram.İstəmdən ayrılıram.İllərlə zəhməd
çəkdiyim,qan tər tökdüyüm o müqəddəs xatirə dünyamla,arzu dünyamla,sənli
dünyamla ayrılıram.Səndən heç bir kömək ummadan,heç bir imdad diləmədən
ayrılıram.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!